adalet.az header logo
  • Bakı 6°C
13 Iyun 2017 09:18
8191
İDMAN
A- A+

Ronaldo yerinə gələcək futbolçunu açıqladı

Kriştiano Ronaldo Portuqaliya millisindəki varisinin adını açıqlayıb. Ulduz futbolçu ondan sonra yığmada liderin Andre Silva olacağını deyib. "Gazzetta dello Sport"a danışan 32 yaşlı futbolçu gənc həmkarı haqqında "Karyeramı bitirəndə Portuqaliyanın əmin əllərdə olacağını bilirəm. Çünki super bir hücumçumuz var. Bu yaşına rəğmən çox istedadlıdır. Onun bu formaya xidmət edəcəyinə inanıram" bildirib.

Həmyerlisinin bu sözlərini dəyərləndirən Andre Silva isə "MilanNews"a açıqlamasında arxayınlaşmadığını bildirib: "Bu sözləri eşitmək çox xoş hissdir. Amma əsla arxayınlaşmıram. Bu nöqtəyə necə yüksəlmişəmsə, daha artıq çalışaraq özümü inkişaf etdirmək istəyirəm. Bu iltifatları hər zaman eşitmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Andre Silva "Portu"dan "Milan"a 38 milyon avroya transfer olunub.