adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2017 21:00
5361
DÜNYA
A- A+

Türkiyə Rusiya səfirinin qətlinin təşkilatçılarını açıqladı

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Fəthullahçı Terror Təşkilatının (FETÖ) tərəfdarları tərəfindən öldürülüb.

Adalet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ankara Respublika Baş Prokurorluğunun iddianaməsində deyilir.

Müstəntiqlər iddia edirlər ki, Karlovun qatili keçmiş polis Mövlud Altıntaş FETÖ-nün beş üzvü ilə əlaqə saxlayırdı və onlardan bəziləri ilə Kiprdə mehmanxanada görüşürdü. Prokurorluq rus səfirinin necə öldürülməsi barədə təlimatı onlardan aldığını bildirir.

Qeyd edək ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya haqqında fotosərginin açılışında çıxışı zamanı güllələnib.