adalet.az header logo
  • Bakı 18°C
12 Iyun 2017 22:37
4365
İDMAN
A- A+

“Neftçi”dən 2 yeni transfer

"Neftçi” iki futbolçu ilə transferi rəsmiləşdirib.

Adalet.az-ın xəbərinə görə, bu haqda klubun saytı yayıb.

Bildirilib ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb. 26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Xatırladaq ki, M.Mirzəbəyov son mövsümü "Qəbələ", Rəşad Əzizli isə "Səbail"də keçirib.