adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Iyun 2017 22:05
13620
ƏDƏBİYYAT
A- A+

Azərbaycanlı Almaniyada “ən yaxşı” oldu

Almaniyann Litprom Müəssisəsi ("LITPRM”) güney azərbaycanlı yazıçı Fəriba Vəfini 2017-ci ilin ən yaxşı xarici yazıçısı mükafatına layiq görüb.

Adalet.az müəssisənin rəsmi saytına istinadən xəbər verir ki, F.Vəfinin 16 il öncə qələmə aldığı "Tərlan” romanı münsiflər heyətinin ən çox səsini qazanaraq bu mükafatla təltif edilib.

Mükafat 2017-ci il oktyabrın 11-dən 15-dək Frankfurt şəhərində keçiriləcək Dünyanın Ən Böyük Kitab Sərgisində azərbaycanlı yazıçıya təqdim olunacaq.

Tanınmış azərbaycanlı yazıçı müsahibələrinin birində türkcə əsər yazmağın həsrətində olduğunu və məcburiyyət qarşısında farsca yazdığını qeyd edib.F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild qısa hekayə və roman kitabının müəllifidir. Yazıçının "Mənim quşum” və "Tibet röyası” əsərləri İranın bir neçə mötəbər ədəbi mükafatına layiq görülüb. Azərbaycanlı yazıçının bir neçə hekayə əsəri italyan, anadolu türkcəsi, alman, norveç, fransız, rus, isveç (Sued), ərəb, yapon və ingilis dillərinə tərcümə olunub.

Qeyd edək ki, LITPRM qeyri-hökumət təşkilatıdır və Almaniya dövlətinin maliyyə yardımı ilə fəaliyyət göstərir. Müəssisə Asiya, Afrika və Latin Amerikasında nəşr olunan ən yaxşı əsərləri alman dilinə çevirir və alman oxucuları seçilmiş əsərlərlə tanış edir.