adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Iyun 2017 21:54
14348
KRİMİNAL
A- A+

Ötən gün 61 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 61 cinayət faktı qeydə alınıb, onların da 9-u "isti izlər”lə açılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər tutulub.