adalet.az header logo
  • Bakı 18°C
12 Iyun 2017 17:45
10821
SAĞLAMLIQ
A- A+

“Sumqayıtdakı su xəttinə çirkab qarışıb” - Baş pediatr

"Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyasının yayaılması ilə bağlı məlumat daxil olan kimi Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb və bu gün də fəaliyyət göstərir”.

Bunu jurnalistlərə açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, proses qısa müddətdə lokallaşdırılıb:

"Hazırda xəstəxanada hazırda müalicəsi davam edən uşaqlar valideynlər tərəfindən gec gətirilənlərdir. Uşaqların 100 faizi çiy su içdiklərini deyiblər. Aparılan yoxlamalar da göstərib ki, xəstələnən uşaqların bötüv əksəriyyətində anamnestik məlumat çiy su içməklə bağlıdır.

Bununla bağlı Xudatdan gələn Şollar su xəttində "Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlı olan hadisədir. Aşkar olunan viruslar da məhz çirkli sularda daha çox yayılır. Bunu da nəzərə alaraq, uşaqların qaynadılmamış sulardan içməməsi məqsədəuyğun hesab edilir”.

N.Quliyev bildirib ki, su gətirən xəttə hardansa çirklənmə mənbəyinin qarışması şübhə doğurur. "Bununla bağlı RGEM və Azərsu-nun mütəxəssiləri tərəfindən araşdırma aparılır. Validyenlərə tövsiyə ondan ibarətdir ki, uşaqlara heç zaman çiy su vermək olmaz. Amma validyenlər buna nəzarət etmir. Bu gün ölkədə kifayət qədər təmizlənmiş su satılır. Və yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır. Yay mövsümündə qidalarla bağlı zəhərlənmələr ola bilər. Bunun qarşısını almaq üçün uşaqların qidalanması, davranışına, günün altında qalmamasına, su prosedurlarına riyaət etməklə bağlı btünü tədbirləri yerinə yetirsinlər".


Baş pediatr qeyd edib ki, "Rotavirus”a qarşı dünyanın bəzi ölkələrində peyvənd aparılır. "Lakin bu peyvənd həmin vaksinə tam texnoloji yetkin şəkilə gəlmədiyi üçün bir çox Avropa ölkələri və Azərbaycanda tətbiq olunmur. Bu infeksiya dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Azərbaycanda digər ölkələrlə müqayisədə gigiyenik qaydalra riyaət etmək, maarifləndirmə səviyyəsinin yüksək olması göstərdi ki, bizdə qorxulu, dəhşətli hadisə gözlənilmir. Yoluxanlardan heç bir ölüm hadisəsi baş verməyib".