adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"ÜÇÜNCÜ QƏRİNƏ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
56303 | 2017-06-12 17:39

RafiqYusifoğlunun yeni kitabı yeni qərinənin müjdəçisidir

Adətən mənə təqdimolunan hər bir kitabı böyük həvəslə, sevgiylə qarşılayıram. Bu da səbəbsizdeyil. Birincisi, hər bir kitab mənim üçün həm də yeni sözün doğuluşudu, yeni fikrintəqdimatıdı. Və təbii ki, hər bir yeni kitabın içərisində ən azından barmaqsayıyeni fikrə rast gəlmək mümkündür. İkincisi də təqdim olunan hər bir kitab həm dəmüəllifin oxucuya münasibətidi, ərkidi, diqqətidi. Üçüncüsü, bu həm də kitabı alanın özünün sözə sayğısıdı.Bax, bu mənada mənə təqdim olunan yeni kitabları heç vaxt diqqətsiz qoymuram. Xüsusiləmüəllifin avtoqrafla bağışladığı kitab mənim üçün bir az da əziz, hörmətli olur.

İndi sizə barəsindədanışmaq istədiyim, daha doğrusu, bir oxucuolaraq fikirlərimi sizlə bölüşməyə çalışdığım kitabın müəllifi şəxsiyyətinə, insanlığına,bunlarla yanaşı, özünəməxsus qələminə böyük hörmət bəslədiyim Rafiq Yusifoğludu.Rafiq müəllim həm bir araşdırmaçı, həm bir publisist, həm bir alim, həm bir mətbuat işiçi, nəhayət, pedaqoq və şair kimi özünü söz məkanında çoxdan təsdiq edib. Onun təqdimata ehtiyacıyoxdu. Çünki onun bir-birindən maraqlı kitabları ilə yanaşı, oxucu önünə çıxardığı "Göyərçin"jurnalı da özü-özlüyündə hər şeyi deyir. Yeri gəlmişkən, əlimdə olan kitabın sonsəhifəsindəki bir informasiya diqqətimi çəkir. Oxucu üçün nəzərdə tutulmuş həminsəhifənin başlığında yazılıb:

- Rayiq Yusifoğlununçap olunmuş kitabları!

Mən həmin siyahıyagöz yetirirəm. "Üçüncü qərinə" də daxil olmaqla Rafiq müəllim 72 kitabınmüəllifidi. Həm şeir və poemalar, həm publisist elmi məqalələr, tərcümələr və sairə.Bu qədər zəngin söz dünyası olan Rafiq Yusifoğlunun yeni kitabı da mənim masamınüstündə yerini tutandan diqqətimi özünə çəkdi. Və mən onun bu kitabdakı şeirlərininilk bölməsinin "üzü sabaha" olmasını təbii qarşılayıram. Çünki təkcə bizinsanların deyil, həm də bizim sözümüzün də üzü sabahadı. Şair də dünənin, bugününsözü ilə yanaşı, sabahın da sözünü oxucu qulağına pıçıldayır və deyir ki:

Ulu Tanrı, qəlbimiçəkirlər yüz sınağa

Nadanların önündəqoyma məni sınmağa!

Və yaxud:

Ona insan demək çətindiürək,

Kiminki yaşamaq həvəsiyoxdu...

Neçə ki, fürsət var,sevilək, sevək,

Vallah, bu dünyanınəvəzi yoxdu...

Zənnimcə, bu qədərinamlı, bu qədər yüksək əxlaqi dəyərlərin alt qatından gələn enerjinin misralara hopdurulması çox gözəldir, çox mükəmməldir.Kitabın ilk səhifəsindən oxucunu yaşamaq eşqiylə silahlandırmaq və sabahı bu gündəndaha yaxşı olacağına inandırmaq bir az da obrazlı desəm, cənnətin elə bu dünyadaolduğunu sətiraltı söyləmək, məncə, Rafiq Yusifoğlunun böyük yaradıcılıq potensilanınbir işartısıdı. Ona görə də:

İman indi gəldi,dini indi gəldi!

Ölmüş ümidlərim dirildigəldi!

Əsl yaşamalı günindi gəldi,

Hələ neçə-neçə ilqabaqdadı...

Və yaxud:

Heyrətə gəldim yağışa baxıb

Ələnən leysan dünyanıyuyur.

O qədər yağıb, oqədər yağır,

Qalmayıb göyün üzününsuyu...

Doğurdan da biz bəzənfasiləsiz yağışlara pəncərədən baxanda bizə elə gəlir ki, göy üzündə daha yağışqalmayacaq, su qalmayacaq. Və ümumiyyətlə bu yağış sonuncudu. Təbii ki, burda birnostalji hisslər də var... bir xatirə dəftərinin vərəqlənən sətirləri də var...buna köklənən bir dünən də, sabah da var. Və bütün bunlar da adamı haldan-hala salır,adamın əhvalını dəyişir. Gah ovqatına soğan doğrayır, gah da ovtaqının tumurcuğuçırtlayır. Və o yağış nəfəsini dərib yerlə göyün arasından çəkilib gedəndən sonraadama elə gəlir ki, o da yuyuldu, o da budünya kimi təmizə çıxdı. Amma ...

Təbii ki, bu birşair düşüncəsi, bir şair yozumudu. Biz də sözün şair dilindəki çalarlarına, rənglərinə,hətta ritmlərinə elə o vaxt köklənirik ki, o bizim içimizi tərpədə bilib. Bax, buşeirdə olduğu kimi:

Axı öyrəşməyib busakitliyə,

Neyləsin dalğasıperikən dəniz?

Demə mənim üçün təkcəqəm imiş

Hamıdan vəfalı, hamıdanəziz...

İnsan hisslərini,duyğularını təkcə sözə köçürməklə yox, həm də onu kiminsə yaddaşına, dilinə köçürməkləo vaxt öyünür ki, həmin o yaddaşa köçən dildə səslənir, təkrarlanır. Bu da təbii ki, rəssamı da, şairi, də heykəltaraşı da,şairi də, bir sözlə yaradıcılıqla məşğul olan Allah bəndəsini həm coşdurur, həmdə ona bütün mənalarda bir ümid açarı olur. Özü-özünə güvənərək, istinad edəoəkbu nəticəyə gəlir ki, gördüyü iş elə bu yerdə yazdığı şeir gərəklidi, ona ehtiyacvar. Mən sizə söylədiyim bu fikrin arxasındamənalı, düşündürücü, təzə, özünəməxsus sözü tuturam, görürəm. Və dediyim ampluadaindiki anda Rafiq Yusifoğlunu da görürəm. Təkcəbu kitabda Rafiq müəllim kifayət qədər yeni fikrə könlünü yuva edib və həminfikirləri könlündən də qanadlandırıbdı. Nəticədə "Üçüncü qərinə" şeiridünyaya gəlib.

Çox şükür!

iki 33 il arxadaqaldı

üçüncü qərinəyə

qədəm basıram

çox şükür!

həmişə qəlbimin səsinə

qulaq asıram

Allahım izn versə

uçub qonacağam

zirvəyə,

üzüb gedəcəyəm

dərinə.

Allahın mənə

yeni bəxşişidi

üçüncü qərinə!

Sizə təqdim etdiyim"Üçüncü qərinə" kitabı altı fəsildən ibarətdir və hər bir fəsilin də necədeyərlər, öz ovqatı, öz şeirləri var. Sankihər fəsil oxucunun zövqünə və yaşına hesablanır. Mən tanış olduğum fəsillərdəkişeirlərin damarında bir ilin, ömrün də fəsillərini gördüm. Və bilmirəm Rafiq müəllim razılaşacaq, yoxsa yox,mənə elə gəldi ki, bu şeirlər yaz və payız arasındadı... yazdan payıza doğru gedir...qışa isə hələ çox var. Ona görə ki, şair demişkən:

Məni sevmək

mənə güvənmək

dibini daim sellər-sularyuyan

uçurumun üstündə

ev tikmək kimi birşeydi...

Bax, mən də bu fikrəistinad edib deyirəm ki, payıza doğru gedən bu ömrün sevmək, sevilmək imkanı hələçox olacaq. Və həmin sevgilərin bir damarını da oxucular öz xeyir-dualarıyla, özdiqqətləriylə həmişə diri saxalayacaqlar. O sevgi digər sevgilərin ağuşunda özünü rahat hiss edəcəkdir.Mən buna inanıram, Rafiq müəllim!



TƏQVİM / ARXİV