adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2017 17:21
13989
SİYASƏT
A- A+

Avropa İttifaqının komissarı Bakıya gələcək

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin mehriban qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:

"Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.