adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Iyun 2017 17:00
6366
MƏMLƏKƏT
A- A+

“Bu gün işdən çıxarılan sürücü sabah başqa şirkətdə işə başlayır”

"Vahid sürücü bazasının formalaşdırılması yekunlaşmaq üzrədir”. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, hazırda işlər tam yekunlaşmadığından işdən azad olunan sürücülərin dəqiq statistikasını aparmaq mümkün deyil:

"Kart sisteminə keçid tam reallaşmadığından bu məsələlərin həllinə nail olunmayacaq. Kart sisteminə keçid isə nəqliyyat vasitələri yeniləndikdən sonra reallaşacaq. Bunun üçün BNA utilizasiya proqramı ilə çıxış edib”.

M.Ağayev deyib ki, hazırda mövcud olan statistika qeyri-dəqiqdir:

"Çünki biz hər dəfə daxil olan müraciətləri daşıyıcılara çatdırırıq. Onlar bizə məlumat verir ki, "sürücü azad edildi”. Amma sonra həmin sürücü başqa daşıyıcının xəttində çalışmağa başlayır. İndi sürücülərlə bağlı statistik göstəricilərin toplanması və onların reyestr məsələlərinin dəqiqləşdirilməsi üçün vahid sürücü bazası yaradılır. Biz bütün daşıyıcılara rəsmi məktub göndərmişik. Daşıyıcıların əksəriyyəti bizə lazım olan sürücülərlə bağlı koordinatları verib. Hər bir daşıyıcıda neçə sürücü işləyir, əmək fəaliyyəti, əmək göstəricilərinin hamısı həmin bazada toplanıb. Hazırda bazanın formalaşdırılması ilə bağlı iş yekunlaşmaq üzrədir. Bundan sonra sürücülərin xüsusi təlim mərkəzində təlimlərə cəlb edilməsinə başlanacaq”.

BNA rəsmisinin sözlərinə görə, məlumat vahid mərkəzi tam formalaşmadıqca, sürücülərlə bağlı hansısa statistikanın aparılması mümkün deyil.

"Bütün məlumatlar toplandıqdan sonra Təlimdən keçib sertifikat almayan sürücülər ictimai nəqliyyatda işə qəbul olunmayacaq”.