adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyun 2017 15:38
15738
MƏMLƏKƏT
A- A+

DSX Akademiyasının 10-cu ildönümü qeyd edilib

İyunun 12-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın dövlət himninin oxunmasından sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı kursant və müəllim heyətinə çatdırılıb.

DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının ölkəmizdə xüsusi ixtisaslı, ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması kimi mühüm vəzifələri uğurla yerinə yetirdiyi qeyd edilib. Akademiyada güclü elmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, peşəkar sərhədçi kadrların hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığı, Akademiyanın ötən müddət ərzində böyük inkişaf yolu keçərək beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.

Çıxış edənlər Dövlət Sərhəd Xidməti Akademiyasının 10 illik yubiley mərasiminin həm də ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarında qələbə təntənəsinin yaşandığı vaxta və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı 2017-ci il iyunun 5-də də tarixi Fərmanların imzalandığı ərəfəyə təsadüf etməsini əlamətdar hal kimi qeyd ediblər.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Mərasimin sonunda şəxsi heyət orkestrin sədaları altında sıra addımları ilə tribuna önündən keçib. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.