ANA SƏHİFƏ / KRİMİNAL

Azərbaycanda vulkan püskürüb

13886    |   2017-06-12 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün saat 07 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir.

Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.



İmza:
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK