ANA SƏHİFƏ / YAZARLAR

AZƏRİ DEYİRƏM, AZƏR ABDULLANI!

“Baksovet” xatirələri

5808    |   2017-06-10 12:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Bu silsilənin davam etdirilməsini məndən tələb edirlər. Ərklə, dostcasında, lap elə "sənin borcundur bunları yazmaq" iddiası ilə. Düzdür, həmin dost-tanışlar çox deyil, 8-10 nəfər ola-olmaya. Məsələ burasındadır ki, həmin dostlarımın bəziləri elə mənim kimi yazı-pozu adamlarıdır. "Özünüz niyə yazmırsınız?" da soruşa bilərəm. Soruşmuram.

Siz Azəri tanıyırdınız? Siz Azəri unutmadınız ki?

...Yetmişinci illərin əvvəlləri. Filarmoniya bağındakı qalaya bitişik çayxana-kafenin ən gur vaxtlarıdır. "Zülfünün çayxanası" deyilən bu məşhur məkan qeyri-adi cazibəsi ilə sanki bütün Bakını özünə çəkirdi. Bir neçə il əvvəl metro istifadəyə verildikdən sonra, bu yerlərə gəliş-gediş də asanlaşmışdı. Və artıq qarşı meydan və ətraf küçələr ümumiləşmiş bir adla tanınırdı: "Baksovet". Yəni Bakı metrosunun "Baksovet" stansiyası. Filarmoniyaya, içəridəki bağa, Zülfünün çayxanasına, "Azneftə", Sahil bağına, İçəri şəhərə, hətta alabaş "39"ların dalbadal şütüdüyü Yasamal tərəflərə də yollar buradan başlayırdı. Bu yolların hansındasa, bəlkə də elə metronun eskalatorunda, ya bəlkə qatarında, yəni bütün hallarda "Baksovet"lə bağlı bir məkanda cavan bir adamla tanış olmağım mənə nə qazandırmışdı? İndi bu 45 ilin uzaqlığından dönüb geriyə baxanda görürəm ki, çox şey. Daha doğrusu 20-21 yaşlı bir universitet tələbəsi üçün nələrin lazım olduğunu tale özü bu insanın da timsalında mənə bəxş etmişdi.

O dövrün məşhur nəşri, "Qobustan" adlı incəsənət toplusu özünün qeyri-adi yazı üslubu, "izmlərdən" azad baxışları, intellektual səviyyəsi ilə nəinki yüksək zövqlü oxucuları, hətta orta statistik oxucunu da müəyyən məqamlar üçün özünə cəlb edirdi. Gənc yazıçı Anarın bu şedevri tapılmırdı, kimin əlinə düşürdüsə sanki lotoreyada nəsə qiymətli bir uduş sahibi hissini keçirirdi. Bu topluda o vaxtlar baş redaktor Anarla birlikdə Vidadi Paşayev, Tofiq Məhərrəmoğlu (Tofiq Abdin), Azər Əhmədov (Azər Abdullaoğlu- Azər Abdulla), Yusif Əliyev, Vaqif Nəsib kimi tanınmış jurnalistlər çalışırdı. Toplu ilə əməkdaşlıq edən daimi müəlliflərin də yazı üslubu, ruhu "Qobustan"ın bəzəyi, gözəlliyi idi. Burada Elçini, Cəfər Qiyasini, İnqilab Kərimovu... yaddan çıxarmaq olarmı? Məsələn, mən Elçinin "Sənətdə şərtilik" məqaləsini oxuyub heyrətə gəlmişdim. Sevdiyin bir yazıçının səni həm də qapalı bir ölkədən necə ustalıq və istedadla uzaqlara apara bilməsi o vaxtlar üçün bütün mənalarda çətin məsələ idi.

...Tanışlığımız üzdən, tez-tez rastlaşmaqdan başlamışdı. Bu, "Baksovet", Zülfünün çayxanası məişətinin, davranışının gündəlik, sadə komponentlərindən sayılırdı. Ancaq mən biləndə ki, bu Azər məhz hər dəfə oxuduğum "Qobustan"ın tanınan və ayrıca olaraq daha çox bəyəndiyim iki yazarından biri Azər Əhmədovdur, doğrusu xeyli təəccübləndim. Digər kumirim Tofiq Abdinlə hələ tanış deyildim. Yəni şəxsən tanış olmamışdıq, bu hələ bir-iki il sonra baş tutacaqdı.

Azərlə görüşlərimiz intensivləşərkən onun "Baksovet"ə tez-tez gəlişinin də səbəblərini öyrənirdim. Onun yazı qəhrəmanları da "bu ölkənin" vətəndaşları idi. Onların bir çoxundan artıq yazmışdı, bəziləri isə hələ "öyrənilirdi". Rasim Babayev, Səttar Bəhlulzadə, Nazim Hikmət... Yox, yox, səhv oxumadınız, dahi şair haqqında təkcə kitablar yetərli deyildi, Azər qələmi, Azər sevgisi üçün. Buralara gələnlərin çoxunun qəlbində bir Nazim Hikmət sevdası yaşayırdı - ən kiçik detalın özü belə Azər üçün qiymətli tapıntı idi. Elə bu səbəbdən də onun Nazim Hikmət haqqında yazdıqları (sonralar Nazim Hikmətin yaradıcılığından müdafiə edərək filologiya elmləri namizədi - alimlik dərəcəsi alması həmin o istedadın, axtarışların və sonsuz sevgilərin bəhrəsi idi) maraqla oxunurdu, sevilirdi, müəllifinə əsl jurnalist, publisist şöhrəti qazandırırdı. Eləcə Səttar Bəhlulzadə, türk rəssamı İbrahim Balaban, böyük bəstəkarımız Fikrət Əmirov haqqında yazdığı ecazkar məqalələri ilə, digər publisistik əsərləri ilə. Artıq Azər Abdulla kimi tanınan məşhur jurnalist Fikrət Əmirov haqqında məqalələrinin birində "Şur" simfonik muğamına indinin özündə belə heyrət ediləsi bir üslüb bəxş etmişdi. Tofiqin, Azərin belə yazıları "Qobustan"ın bəzəyi idi.

...Azər həm də "Baksovet"in də yaraşığı idi. Qıvrım saçları çiyninə tökülən, həmişə səliqəli və azad (!) geyimi ilə fərqlənən Azər bütün mənalarda bir şəxsiyyət, ziyalı simvolu idi. Yaşından çox-çox gənc görünməsinə baxmayaraq onun məndən 11, Vaqifdən (əziz dostumuz Vaqif Cəbrayılzadə) 8 yaş böyük olması heç nəyi dəyişmirdi. O böyük qardaşlıq missiyasını da ağayana bir tərzdə çox ləyaqətlə yerinə yetirirdi. Bu gün hamımız altmışı, yetmişi keçmiş insanlarıq. İndi qala divarlarından başqa heç nəyi əvvəlkitək qalmayan o "Baksovet"li illərə bizim nəsil çox borcludur, çox minnətdardır. Əksəriyyətimizin dostluğu hələ də davam etməkdədir və güman ki, sonadək elə belə də olacaqdır.

Yada salıb xatırladığım məkana borcluluq və minnətdarlıq məsələsinə yüzlərlə misal çəkib fikrimə haqq qazandıra bilərəm. Bütün bunları mənim "o illərin çörəyi" kimi dadı, ətri, varlığı unudulmaz əziz dostlarım da təsdiqləyərlər.

Azər Abdulla işə - "Qobustan"a gedəndə də yolunu mütləq "Baksovet"dən salardı. Ya metro ilə gedib indiki "Sahil" stansiyasından 150 metr geriyə qayıdardı, ya da piyada "Tarqovlı"dan keçərdi. O vaxtlar Azər Abdulla, Tofiq Abdin, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə və başqa yazıçılar, jurnalistlər, dövrün məşhur aktyorları, sənət adamları qədər tanınır və sevilirdilər. Neçə-neçə dostum, tələbə yoldaşım məndən onları həmin tanınmış gənclərlə şəxsən tanış etməyimi istəyirdilər. Universitet dostlarımdan biri generaldır. O vaxt onu Azərlə məhz "Baksovet"də tanış etmişdim. Obyektiv səbəblər üzündən onlar onillərdir ki, daha görüşə bilmirlər. "Görüşmürlər" də yazmaq olar. Ancaq general dostum ayda-ildə bir mənimlə rastlaşanda mütləq Azəri soruşur, Vaqifi də soruşur... O, "Balsovet" ölkəmizin oturuşmuş vətəndaşı olmadığı üçün bundan artığını da ummuruq. Bizim kimi adamlara xoş xatirələr də bəs edər.

Ancaq tanımayanlar, həm də unudanlar üçün deyəcəklərim var. Jurnalist, publisist, şair, yazıçı, alim... Azər müəllim. İndi də əvvəllərdəki kimi olduğundan 10-12 yaş "cavan" görünən bir zamanların məşhuru Azər Abdulla! Gözəl ailə başçısı, dəyərli dost, vətən və türkçülük aşiqi Azər bəy! Oturuşunda-duruşunda, hər addımında, sözündə bütövlük, davranışında elitar əxlaq nümunəsi, əslzadəlik onun portret cizgiləridir. Bu xüsusiyyətlərə malik insanların arasında axtarın onu. Azəri deyirəm, Azər Abdullanı.

                                                                                                                                       (davamı olacaq)

P.S. Hər səhər Alpaya (oğluna), Vaqifə (əziz dostumuz Vaqif Bayatlı Odərə) və mənə görə Allaha üz tutub dualar edən bu əvəzsiz dostun, böyük qardaşın, böyük ziyalının özündən icazə alıb bəzi məqamlara şifrələrsiz yanaşmaq istəyirəm. Təvazökarlığının azacıq da olsa imkan verəcəyi ümidindəyəm. Yoxsa mən Azər haqqında nə yazdım ki! İndi -indi başlamışdım.

P.P.S. Məni doğulub boya-başa çatdığı yerlərə - Zəngəzura da aparacaq nə vaxtsa. Söz verib.




YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-21
2018-01-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK