adalet.az header logo
  • Bakı 7°C
12 Iyun 2017 12:34
7338
İDMAN
A- A+

Güləşçilərimiz Tbilisidə 4 medal qazandı

Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib.

AGF  verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıb.

Bürünc medalı isə yığmamıza 65 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.