ANA SƏHİFƏ / İDMAN

Güləşçilərimiz Tbilisidə 4 medal qazandı

5923    |   2017-06-12 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib.

AGF  verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıb.

Bürünc medalı isə yığmamıza 65 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.



İmza:
SON XƏBƏRLƏR
2017-10-18
2017-10-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed Parisə gedir, muzeyləri gəzir, çox yorulur. Muzeydə 1 kreslo görüb oturur. Polis qaçha-qaçha gəlib deyir:
- Sən neynirsən? Bu 5-ci Ludovikin kreslosudu.
Mamed:
-Nolub ala, gələndə duraramda.




digər lətifələr
ARXİV
FACEBOOK