Güləşçilərimiz Tbilisidə 4 medal qazandı
Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib.
AGF verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmançılarla qarşılaşıb.
Bürünc medalı isə yığmamıza 65 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03