adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2017 13:09
13287
ƏDƏBİYYAT
A- A+

Məşhur yazıçıya Azərbaycana gəlmək qadağan olunub

Tanınmış rus yazıçısı və siyasətçisi Eduard Limonov qondarma Qarabağa Respublikasına qanunsuz səfər etdiyinə görə Azərbaycana gəlişi yasaqlanıb.

Adalet.az "İnterfax - Azərbaycan” istinadən xəbər verir ki, Azərbaycanın Xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bu barədə danışaraq bildirib:

"Limonov məsələsinə baxılıb, onun Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri barədə xəbər təsdiqini tapıb. O, öz adını yenilənmiş qara siyahıda tapa bilər.”

Xatırladaq ki, Limonovun rəhbərlik etdiyi Milli-bolşevik partiyasının 5 dəfə qeydiyyata alınılmasından imtina edilib. 2007-ci ildə partiya məhkəmə tərəfindən ekstremist təşkilat olaraq tanınıb və onun fəaliyyəti Rusiya ərazisində qadağan edilib. Partiya Rusiya ərazisində ilk qadağan edilmiş təşkilatdır.