adalet.az header logo
  • Bakı 20°C
12 Iyun 2017 10:59
5282
MƏMLƏKƏT
A- A+

Bakı-Qazax yolunda hərəkət mədudlaşdırılır

"Azəravtoyol” ASC tərəfindən bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

ASC-dən Adalet.az-a verilən məlumata görə, işlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən mədudlaşdırılma olacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.