adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Iyun 2017 10:52
3198
GÜNDƏM
A- A+

46 sığorta agentinin lisenziyası dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və ya ləğv edilib.

Palatadan verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

MBNP "İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib.