adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Iyun 2017 09:34
3692
GÜNDƏM
A- A+

Yeni təyinatlar

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub. Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi - Altay Həsənov.

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini - Mehdi Dadaşov.

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini - Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi - Anar Ələkbərov.

Birinci vitse-prezidentin köməkçisi - Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir).

Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.