adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Iyun 2017 22:45
18959
ŞOU-BİZNES
A- A+

Tarkan qəza keçirdi

Tarkan çəkilişlər zamanı qəza keçirib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı iyunun 15-də "10” adlı albomunun çəkilişləri üçün kamera qarşısına keçib. Tullandığı yerdə bir anda tarazlığını itirən Tarkan yerə yıxılıb. Müğənninin ayaq biləyininə dərhal buz torbaları qoyulub. Tarkan çəkiliş qrupunun israrına baxmayaraq, həkimə getmək istəməyib. Ancaq problem səhərisi günkü klip çəkilişində davam edib. Kamera qarşısına ağrılar içində çıxan meqastar şiş və ağrı üzündən çətin anlar yaşayıb. Bu səbəbdən də bir günlük klip çəkilişi üç günə başa çatıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, albomun üz qapağı və klip görüntüləri üçün fotoşop tətbiq olunub. Evləndikdən sonra kökələn Tarkanın qarnı foto proqramları vasitəsilə düzləşdirilib.

Xatırladaq ki, 23 iyun tarixində, "Formula 1" Azərbaycan Qran-Prisinin açılışında konsert verməyə hazırlaşan meqa ulduz Bakıdakı çıxışından yarım milyon - 500 min dollar (təxminən 850 min manat) qonorar əldə edəcək.