adalet.az header logo
  • Bakı 19°C
11 Iyun 2017 14:47
5701
DÜNYA
A- A+

İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanılıb

İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb.

Adalet.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.