ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Azərbaycan və Özbəkistan poeziyası bir kitabda

7255    |   2017-06-11 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda "Özbəkistan-Azərbaycan poeziyası: əbədi dostluq əlaqələri” ("Ўзбекистон - Озарбайжон шеърияти: боқий дўстлик ришталари) adlı antologiya nəşr olunub.

Adalet.az xəbər verir ki, bu barədə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Saodat Muhammedova məlumat verib. O qeyd edib ki, kitab Daşkənddə hazırlanaraq Bakıda çap edilib. Kitabın ərsəyə gəlməsində şair Süleyman Abdullanın da böyük əməyi keçib.

Kitab iki hissədən ibarətdir: "Özbək tərcüməçilərinin Azərbaycan poeziyası nümunələrindən tərcüməsi” və "Azərbaycan tərcüməçilərinin Özbək poeziyası nümunələrindən tərcüməsi”.

Birinci hissəyə Azərbaycanın Nizami Gəncəvi, Əliağa Vahid, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Əhməd Cəmil, Elçin İskəndərzadə, Sabir Rüstəmxanlı və başqalarının şeirlərinin tərcüməsi daxildir. Bundan başqa, Azərbaycanın publisist-şairlərinin də şeirləri özbək türkcəsində kitabda yer alır. Bunlardan Elçin Mirzəbəyli, Yasin Xəlil, Xəyal Rza, Səxavət Talıblı, Dayandur Sevgin, Nizami Zöhrabi, Şəfiqə Şəfa, Kəmalə Umudova, Naibə Yusuflu, Heydər Oğuz, Süleyman Abdulla və başqa müəlliflərin şeirləri S.Muhammedova, D.Haydarova, S.Kasbi, Ş.Ortikovanın tərcüməsində təqdim olunur.

Kitabın ikinci hissəsində isə Şahməmməd Dağlaroğlunun tərcüməsində Əmirqulu Kərimov və Nizami Zöhrabinin tərcüməsində Zebo Mirzəyevanın və Azadə Turakulavanın şeirləri verilib.

Kitabın tərtibatçıları Saodat Muhammedova və ötən il dünyasını dəyişmiş mərhum Nizami Zöhrabidir. Kitab iki dildə çap olunub.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK