adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyun 2017 12:08
5534
DÜNYA
A- A+

Türkiyədə kütləvi yürüşlər keçiriləcək

Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək.

Türkiyə mediası yazır ki, yürüş ölkənin bütün böyük şəhərlərində baş tutacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə, 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib və bu müddət indiyədək dəfələrlə uzadılaraq qüvvəsindədir.