ANA SƏHİFƏ / SİYASƏT

Fransada parlament seçkiləri keçirilir

5262    |   2017-06-11 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransada parlament seçkilərinin birinci turu keçirilir.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb.


Seçkilərdə 7 min 882 namizəd deputat mandatı uğrunda mübarizə aparır.

İlk turda azı 50 faiz səs toplayan namizədlər birbaşa parlamentin heyətinə daxil olacaq. Bu səddi keçə bilməyən namizədlər isə seçicilərin etimadını ikinci turda qazanmağa çalışacaqlar. Parlament seçkilərinin iyunun 18-nə təyin olunmuş ikinci turunda iştirak hüququnu ilk turda 12,5 faizdən çox səs toplayan namizədlər əldə edəcək.

Təxminən 47 milyonadək fransızın qeydiyyatdan keçdiyi seçkilər fövqəladə vəziyyət şəraitində baş tutacaq. Həmin gün 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarma əməkdaşı xidmət göstərəcək.

Fransa Prezidenti Emmanuel Makron verdiyi vədlərə əməl etmək üçün bu seçkilərdə səs çoxluğu qazanmalı və beləliklə hökuməti formalaşdıra bilməlidir. Bəzi analitiklər bu seçkiləri iki turdan ibarət prezident seçkilərinin üçüncü turu kimi də qiymətləndirir.



İmza:
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO