adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Iyun 2017 15:04
9745
DÜNYA
A- A+

İranda silahlı münaqişə: 22 ölü, onlarla yaralı

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində qəbilələrarası toqquşma baş verib.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, iki qəbilə arasında baş verən məişət xarakterli mübahisə silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində 22 nəfər ölüb, onlarla sakin yaralanıb. Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb.

Sakinlər yaşayış yerlərindən didərgin düşüblər.(azvision)