adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2017 13:38
13255
SİYASƏT
A- A+

Gürcüstan prezidenti: “Bir neçə dəfə istefa vermək istədim”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilk dəfə ictimaiyyət arasında etiraf edib ki, o bir neçə dəfə vəzifəsindən istefa vermək istəyib.

Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Öz gələcəyi haqqında düşünən insan həmişə adi olmayan addımlar barədə düşünür. Gürcüstan prezidenti postunda olduğum müddətdə mən müxtəlif səbəblərlə bağlı bir neçə dəfə istefa vermək barədə düşünmüşəm”, - deyə Marqvelaşvili "Pirveli” telekanalına müsahibəsində bəyan edib.

Bu arada Marvelaşvili vurğulayıb ki, prezident vəzifəsi yalnız yüksək post və titul deyil, həmçinin inam və məsuliyyət faktorudur.(azvision)