adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Iyun 2017 10:02
4089
HADİSƏ
A- A+

Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

Adalet.az xəbər verir ki, onun nəşini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib. Nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.