Türkiyədə hərbçiləri aparan avtobus aşıb - 50-yə yaxın yaralı
Türkiyənin Samsun vilayətində hərbçiləri aparan avtobus aşıb.
Hadisə nəticəsində 47 nəfər xəsarət alıb.
Xəsarət alan hərbçilər xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.
Qəzanın səbəbi hələlik məlum deyil.