GÜNAHIM NƏDİ?

ƏBÜLFƏT MƏDƏTOĞLU
56084 | 2017-06-09 16:26

Bu sualı gündəneçə dəfə özümə versəm də...

Bəri başdandeyirəm, yazının adını görüb oxumaqdan vaz keçəcəksinizsə heç mənim səhifəmiaçmayın. Çünki bu yazının adı mənim özümə bəraət istəyim deyil, umacağım deyil.Bu yazının adı mənim hələ ki, yaşamağımdeməkdi. Kimlərinsə istəyib-istəməyindən asılı olmayaraq Yaşamağım!..

Hə, mən hələ ki,yaşayıram. Yaşadığıma görə də düşünürəm... işləyirəm... çalışıb-vuruşub nəyisə əldəetməyə, nəyisə dəyişməyə, nəyisə sərtləşdirməyə özümü həsr edirəm... zaman,vaxt, ömür ayırıram. Lap primitiv şəkildə desək, enerji sərf eləyib əməkisrafçılığına yol verirəm. Amma bütün bunlar da kiminsə haqqını yemək, kiminsəyerinə göz dikmək, kiminsə əlində olanı almaq üçün deyil. Bir Allah şahiddirki, kimsənin malında, mülkündə, haqqında, halalında gözüm yoxdu, olmayıb vəolmayacaq da! Ağlım kəsəndən, özümü dərk edəndən gördüyüm bütün yaxşılıqlara,bütün yaxşılara, bütün gözəlliklərə həmişə sevgiylə, məftunluqla, sevinclə dəyərvermişəm. Onun daha çox, daha bol olmasını istəmişəm. Olana kinayə, paxıllıq, həsədhissiylə deyil, doğma, məmnun, sevgi hissiylə dəyər vermişəm. İstəmişəm ki, birnəfərə aid olan mal, mülk hamıya, o cümlədən mənə də nəsib olsun. Özü də o birnəfərin mal-mülkü artımlı olmaqla. Yəni Allah ondan kəsib başqalarına verməməkşərtiylə. Bax, ona görə də qarşılaşdığım suallar, çətinliklər, aşa bilmədiyim sədlər,xüsusilə məqsədli şəkildə yaradılan sədlər məni çox sıxır, çox əsəbiləşdirir.Bilmirəm ki, niyə bütün bunları edirlər? Bilmirəm ki, niyə mənə həmişə problemyaratmağa, məni problemin içinə atmağa çalışırlar? Özü də kənarda yox,doğmaların, dostların, sevənlərin və sevdiklərimin içərisində. Bu düşünülmüşbir plandı, yoxsa, təsadüfdü? Və yaxud həyat elə bu cürdü. Bilmirəm. Bəlkə sizbilirsiniz? İnanmıram ki, siz də biləsiniz. Çünki böyük anlamda sizlər də elə mənim kəndçilərimolmaqla elə mənim günümdəsiniz. Ona görə də sizdən sualıma cavab gözləmirəm vəsizə sual verdiyimə görə də hardasa özümü qınayıram. Bir də ona görə ki, cavabıgözlənilməyən sualı vermək hardasa, tamsəmimi, deyim ki, məsuliyyətsizlikdi. Lap kobud desəm, bir az da ədəbsizlikdi.

Bütün bunlarıözüm-özümə deyirəm... özüm-özümə yazıram... özüm özüm üçün təkrarlayıram. Sizəbunun zərrəcə adiyyəti yoxdu. Siz deyəndə oxucularımı nəzərdə tutarm. Məni buduruma atanların, məni bu durumu yaşamağa məcbur edənlərin isə məsələyə nə qədərdəxli olduğunu özləri daha yaxşı bilirlər. Bilmirlərsə xatırladaram. Lap elə buan üçün içimdən keçən misraları diktə edəndən sonra.


Daşıdığımgünahdan

Pələng də dizinbükər...

Bu günahlarönündə -

Fələk də dizinbükər...


Yeri eşər fildizi

Ahımıdaşımaqdan....

Çat-çatolar Mil düzü -

Halımıyaşamaqdan!..


Kiməsəsığınmağa

Üzümgəlməz günahdan...

Mənigünahdan qurtar -

Allah,günü sabahdan!..


***

Mənhəyatımın müxtəlif dövrlərində stresin, haqsızlığın şahidi də olmuşam, ünvanıda, qurbanı da. Amma onları dostların və doğmaların, ədalətli adamların köməyiləçox qısa bir zamanda dəf edə bilmişəm. Yəni sınmadan, yıxılmadan qayıtmışamsıraya. Və hər dəfə də görmüşəm ki, haqqın nazilməsi hələ qırılması deməkdeyil. Ona görə də bu müdrik kəlamları deyənlərə rəhmət oxuya-oxuya təbii ki, həmdə Allahıma şükürlər etmişəm. Lakin son onillikdə, xüsusilə Qarabağ savaşıbaşlayandan sonra elə hadisələrin şahidi olmuşam ki, bunu eyni xalqın, eynidilin, eyni dinin təmsilçisinin bir-birinə qarşı etdiyini görəndə şoka düşmüşəm.Günlərlə, bəzən aylarla özümə gələ bilməmişəm. Yəni erməninin düşmən olduğu bəllidi.Onun əməlləri də təbii ki, düşmən əməlləridi. Buna təəccüblənmək ən azıabsurdu. Lakin dildaşının, dindaşının, millətinin nümayəndəsinin əcaib hərəkətimənim anlamıma görə, düşmənçilikdən çox-çox dəhşətlidi, çox-çox qorxuludu. Bunu da mən kimsəyə arzu etmirəm. Əksinə,arzu edirəm ki, bunlardan uzaq olaq, bunları aramızdan, çevrəmizdən çıxarmağıbacaraq. Ondan sonra üz-üzə, göz-gözə oturub özümüzü, sözümüzü, günümüzü,işimizi çözək. Və bu çözümlə də hamımız istəyimizə doğru addımlaya bilək. Ammaneyləyim ki, bu mənim istəyim olaraq içimdə qalıbdı, gerçəkləşə bilməyibdi. Necəki, Qarabağ istəyi hələ də içimdədi, hələ də gerçəkləşməyib. Necə ki, Sənə vəbütövlükdə sevmək istəyim hələ də içimdədi, hələ də gerçəkləşməyib... Toplumhalında mən özüm hələ də öz içimdə istəyimigerçəkləşdirə bilmirəm. Ona görə də gerçəkləşə bilməyən istəyin, yəniözüm hamının, o cümlədən də sənin və ətrafımın yadından çıxıram. Deyə bilərsinizki, unutqanlıq qanımızda, canımızdadı. Sizinlə razılaşıram. Axı mən də sizlərdənbiriyəm. Sizlərdən biri olduğuma görə mənim də yadımdan çıxan məqamlar var.Onları xatırlayanda həqiqətən tər gəliralnıma. Gücüm qələmə, kağıza çatır. O qələmlə o kağıza boşaldıram ürəyimi vəyazıram:


Günləriqarışdırdım

Həftə yadımdançıxdı...

Dərddən umduğumsevinc -

Nəf də yadımdançıxdı...


Kədərin yolazanı

Tapdı yazıyazanı!

Qaraşdırdıqazanı -

Kəf də yadımdançıxdı...


Bumənlik zaman deyil

Umduğumaman deyil!..

Təkcətar-kaman deyil -

Dərddə yadımdan çıxdı...


İçimdəqarıyan ah

Cəzamdıverib Allah!

Əzbərbildiyim günah -

Səfdə yadımdan çıxdı...


Bəli,bax, buna görə də kimlərsə nəyisə unudursa, yadından çıxarırsa, onun üstünəgetməyə çalışmıram. Bilirəm ki, mənim ondan fərqim çox azdır və yaxud da başqabirisi də mənim üstümə gələ bilər. Onunda sualı haqlı olacaqdı. Və haqlı suala nə cavab verəcəyimi heç indinin özündədə ağlıma gətirə bilmirəm...

Hə, mən yazıboyu tez-tez vurğuladığım, daha doğrusu, mövzunun ağırlığını çiyninə yüklədiyimGÜNAH məsələsi elə-belə təsadüf, göydəndüşmə mövzu deyil. Bu, bir yaşamdı, o yaşamdan da doğan gerçəksualın gerçək ifadəsidi. Hər halda gəldiyim qənaət, çıxardığım nəticə budur.Tam çılpaqlığı ilə anlayıram ki, mənim kifayət qədər günahım var. Öncə ona görəki, mələk deyiləm. Amma olan günahlarımın dövlətimə, xalqıma ziyan vurduğunuağlımın ucundan da keçirmirəm. Və sizlər də yəqin ki, mənim belə bir günahsahibi olduğumu düşünməzsiniz. Yəni bütövlükdə, ümumilikdə özümün günahsaydığım elə bir şey ağlıma gəlmir. Və mənə oxunan günah isə sevmək, doğulmaq,yaşamaq, yazı-pozuyla məşğul olmaq, adamlara diqqət göstərmək, bir də ki, yaxşıadamların çevrəsinə can atmağımdı. Mən bunların içərisində doğulmaq günahımıheç cür qəbul etmirəm. Çünki bu məndən asılı olmayan səbəb və nəticədi. Əgər ogünahdısa, cəzası, necə deyərlər, babalı validenylərimin boynunda qalır. Qalandigər günahların içərisində olmağımı isə xoşbəxtliyim sayıram. Və hətta düşünürəm ki, ən böyük günahım sayılan Sevgison nəfəsimə qədər məni tərk etməyəcək. Özünün həsrətiylə, vüsalıyla,ağrı-acısıyla, sevinciylə... Bax, yeri gəlmişkən, bununla bağlı yazdığım birşeir də var. Orada dolayısıyla da olsaxatırlatmağa çalışmışam.


Bir tarix var sənonu

Çalış yadındasaxla...

Nə olacaqsa sonu-

Alış, yadındasaxla...


Çiynindəkiçantanı,

Əynindəkikoftanı...

Məndən cavabsormanı -

Danış, yadındasaxla...


Ümid deyib gəl, mənə

Şirin-şirin gülmənə...

Həyatını bil mənə-

Tanış, yadındasaxla...


Eşqdən dəlikönüllər

Birdöyünür on illər...

Yaşanılanson illər -

Yalnış,yadında saxla!..


***

İndidüşünürəm ki, həyatımın son illərindəki günahların bir səbəbi də hardasa yalnışyaşamağımdı. "Yalnış yaşamaq" sözü həm böyük, həm də adi mənada özü hərşeyi ifadə edir. Lakin o ifadələrin şərhinigöz önünə gətirəndə onda mənim üçün aydın olur ki, sən demə, bu yalnışın özübir naxışdı. Yəni mən, yenə təkrar edirəm, bu yalnışlıqla haqq tapdalamamışam,oğurluq, əyrilik, namərdlik etməmişəm. Sadəcə olaraq sözün, duyğuların, xüsusiləürəyin ətəyindən tutmuşam, onlara müəyyən mənada qoşulmuşam və dünyada hərşeyin gözəli olan Sevgiyə doğru getmişəm. Özü də getdiyim yolda ancaq vüsalıdüşünüb həsrəti yaşamışam. Neyləyim ki, bu yol gözlə görünən, ayaqla tapdalananyollardan deyil. Əgər belə olsaydı, onu nümayişdə etdirə bilərdim. Bax, görünməyən, ürəyin özündən özünə gedən bu yolunbir görəni, bir işıq salanı, bir xeyir-dua verəni var. O da Yaradandı,o da Allahdı, o da Tanrıdı! Sevginin və ürəyin Allahı!

İndiki halda bufikirləri dilə gətirmək nə qədər zəruridi, deyə bilmərəm. Lakin xatırlatmaqyerinə düşər ki, yaddan çıxanları yaddaş kartında təzələmək, primitiv bir şəkildəonun axtarışını vermək hər ürəyin öz tələbatı, öz haqqıdı. Və bu tələbatı, buhaqqı kimsə qadağan edə bilməz. Ona edilən təzyiq də, ona yaradılan baryerlər dəgec-tez qarşılığını alacaq, ortadan qaldırılacaqdı. Bu, bir gerçəkdi! Ona görəgerçəkdi ki, o Haqdan gəlir... O Allahın ürəyimə saldığı bir işıqdı. Mən dəgünah sayılanı, yəni sevməyi o işığın altında, o işığın içərisindəreallaşdırmağa çalışıram. Bunun dacavabı olan nəsnələri də həm təbii, həmdə sakit qarşılayıram. Ən azından böyük Füzulini az-çox oxuduğuma görə, onunkönül dünyasından xəbərdar olduğuma görə. EləFüzulinin Məcnunu kimi dəgünahımı boynuma alıb yazmışam ki:


Gözlərimiyummağa

Sən güc saxla əlində...

Sonanda, lap son anda...

Kaşki... bitsin dilində...


Sənİlahi duyğudan

Heynur içən sevgiylə

"Kaşki" deyib vidalaş -

Kaşki... köçən sevgiylə!..


Kipriyindəbir ulduz

Yanağındaduz qalsın...

"Kaşki" de bu sevgi də

Yaddaşındaqız qalsın!..


Nəhayət,yazımın ilk cümləsində dediyim kimi, günahımın doğulmaq olduğunu, günahımınyaşamaq olduğunu, günahımın sevmək olduğunu bilə-bilə yenə bu günahların içərisindəyəm,yenə bu günahları davam etdirirəm. Yəni yaşayıram. Sizə xoş deyilsə, günahlarıyumaq həm də ətrafdakıların missiyasıdı. Düşünün, bir Yer üzündə daha birgünahın azalmasını istəyirsinzə, onda qərarı da özünüz verin! Mən isə eləbaşdan-başa günahlar meydanı olan bu dünyada bu günahlarımla birgə, eyni köynəkdəyaşamaqda davam edirəm!..


TƏQVİM / ARXİV