DÜNYANIN ƏN BÖYÜK MÜƏLLİMİ

FAİQ QİSMƏTOĞLU
440052 | 2017-06-09 15:24

«Bəzi ulduzlar kiçikolduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər».

Mir CəlalPaşayev

… Çöldə möhkəm qaryağır. Biz tələbələr həm qışın soyuqluğundan, həm də imtahanın həyəcanından möhkəmüşüyürük. Bir-birmizə təsəlli veririk vədeyirik ki, heç də bu imtahan qorxulu deyil. Çünki bizdən bir saatdan sonra dünyanın ən böyük müəllimi - Mir Cəlal Paşayev «Ədəbiyyatşünaslığın əsasları»fənnindən imtahan götürəcək. Bizim də imtahan verəcəyimiz yer Xalq Təsərrüfatı İnstitutunun(indiki İqtisad Universiteti) binasında olacaq. Həmin binanın 2-ci mərtəbəsindətarix və filologiya fakültəsi yerləşir. Elə imtahan da 2-ci mərtəbədə Mir Cəlalmüəllimin kafedra müdri olduğu otaqda keçirilir. Həyəcanımız bir qədər artır. Artıqimtahan vaxtı yaxnılaşır. Şamil, Rəhman, Şünasif, Mübariz, İradə və digər tələbəyoldaşlarımız məni qabağa vermək istəyirlər. Amma hər şey siyahı ilə həll edilir.Yəni imtahan listində kimlərin adı və soyadı varsa, onlar birinci çağırılır. Həminuşaqlar isə imtahan həyəcanından hələ gəlib çıxmayıblar.

… Vaxt keçir. Qrupnümayəndəsi İradə xanım deyir ki, Mir Cəlal müəllim uşaqları içəri dəvət eləyir.Yenə sağıma, soluma baxıram, heç kimi görmürəm. Gözüm açılanda özümü dünyanın ənböyük müəllimi Mir Cəlal Paşayevin və onun assisenti Firudin Hüseynovun yanında görürəm. Həyəcanımdantər məni basır. Mir Cəlal müəllim bunu hiss eləyir və özünəməxsus bir ağayanılıqladillənir:

- Oğul, qorxub eləmə,sən ki, seminarlarda həmişə yaxşı danışmısan.Bəs onda niyə belə narahatsan? Mənim imtahanımdan heç kim «qeyri-kafi» qiymət almır.Sən də özünü bir az ələ al, bildiklərini yada sal!

Böyük ziyalının,böyük müəllimin, böyük insanın bu sözlərindən sonra özümə gəlirəm və fikirləşmədəndanışmaq istədiyimi bildirirəm. Mənim bu addımımdan sonra Mir Cəlal müəllimin çöhrəsinəsevinc çökür və deyir:

- İndi danış görüm!

Birinci, ikinci,üçüncü sualların hamısını yerli yerində danışıram. Mir Cəlal müəllimin assisentiFirudin Hüseynov diqqətlə məni dinləyir və danışdıqca başını yellədərək dediklərimitəsdiq edir. Bundan daha da ruhlanıram...

… Danışıb qurtarandansonra hər iki böyük ziyalı cavabımdan razı qalırlar. Firudin müəllim üzünü dünyanınən böyük müəlliminə çevirərək dillənir:

- Bu tələbə suallaraçox yaxşı cavab verdi. Üstəlik də danışıq qabiliyyəti və nitq mədəniyyəti xoşumagəldi.

Mir Cəlal müəllimqiymət kitabçamı götürür və yenidən dillənir:

- Adın Faiqdi. Mənasınıbilirsən?

Sözün düzü bir azqorxa-qorxa, bir az da çəkinə-çəkinə «adımın mənası ərəb sözü olub, hər şeyə üstünvə qalib gəlmək deməkdir» deyirəm. Görürəm ki, bu cavabım həm dünyanın ən böyükmüəllimini, həm də Firudin Hüseynovu razı salır...

O böyük ziyalı insanqiymət kitabçama «əla» yazıb mənə sarı uzadır. Sonra da əlavə edir ki, mənim əlimçox yüngüldür. İndi çalış birinci kursun ilk semestrndə əlaçı çıx. Həqiqətən dədünyanın ən böyük müəlliminin əli mənim üçün çox uğurlu olur. çünki o biri imtahanlarınüçündən də əla qiymət alıram və əlaçı çıxıram...

İmtahan bitəndə bayırdahələ də qar yağırdı. Amma mən nə soyuqdan, nə də yağan qardan imtahan başlamamışdanöncə olduğu kimi tay üşüyürdüm. Çünki Mir Cəlal müəllimin mənə yazdığı «əla» qiymət mənim bütün varlığımı, ürəyimi, qəlbimiisitmişdi. Tək mənim yox, məndən sonra da qrupumuzda o fəndən imtahan verən tələbəyoldaşlarımızın düz 13-ü «əla» qiymət almışdı. Ümumiyyətlə, dünyanın ən böyük müəllimiheç vaxt tələbəni «kəsməzdi». Hətta bir suala cavab verməyən tələbəyə də güzəşteləyərdi. Deyərdi ki, bir neçə mövzunu öyrən gəl, qiymətini yazacam. Elə yazırdı da…

… O qarlı, çovğunlugünlər 1974-cü ilin yanvar ayına təsadüf edirdi. Onda biz Azərbaycan Dövlət Universitetinin jurnalistikafakültəsinin 1-ci kursunda oxuyurduq. O yanvar ayı ki, biz onda yazımızın əvvəlindəqeyd elədiyimiz kimi, qışın soyuğundan çox imtahanın həyəcanından üşüyərdik. AmmaMir Cəlal müəllim kimi dünyanın ən böyük ziyalıları bizi üşüməyə, qorxmağa, sıxıntılaryaşamağa qoymazdılar. O müəllimlərimiz sankiatam qədər, doğmalarım qədər bizə əzizdirlər. Çünki onlar bizə öz nurlarını, işıqlarını, qəlblərinisevgilərini verirdilər… onlar bizə oxumağı, öyrənməyi və ən nəhayət adam olmağıöyrədirdilər… onlar bizə düzlüyü, haqq-ədaləti, sevməyi, qorumağı əğz edirdilər…onlar bizə kişi kimi təmiz və halal bir ömür yaşamağın yolun göstərirdilər…

MirCəlal müəllim auditoriyaya girəndə biz eləbilərdik bir peyğəmbər gəlir. Biz elə bilərdikhamımızın əziyyətini çəkən və kimsəsiz tələbələrə arxa duran dünyanın ən böyük müəllimiaddımlayır. Biz elə bilrədik ki, bu müəllimlərin addım atdığı və ayaq qoyduğu həryer çox müəqəddəsdir. Onlar sözün həqiqi mənasında göy üzü kimi təmiz, bulaq suyukimi aydın və dünya boyda bir işıq idilər. O dünya boyda işıq istedadlı, savadlı,zəhmətkeş tələbələrin hər birinin həyatınanur saçırdı. Biz atamıza, anamıza, dayımıza o qədər arxalanmazdıq ki, dünyanınən böyük müəlliminə güvənərdik…

…Heçyadımdan çıxmır. Qış vaxtı idi. Tələbə yoldaşlarımızdan biri çox çətin dolanırdı.Atası və anası rəhmətə getmişdi. Dərsə də gələndə pencəklə gəlirdi. Bir gün MirCəlal müəllim onu gördü və yanına çağırdı. Amma iki gündən sonra gördük ki, həmintələbə dostumuz qəşəng bir palto geyinib. Dedi ki, bunun pulunu Mir Cəlal müəllimverib və heç kimə deməməyimi bildirib. Ancaq bunu mən necə deməyim? Heç doğma əmimbir dəfə maraqlanıb mənə bir köməklik eləməyib. Əmimin, dayımın eləmədiyini müəllimimeləyib. Bax, həmin tələbə dostumuz indi tanınmış bir yazardır və heç vaxt da dünyanınən böyük müəlliminin xeyirxahlığını, böyüklüyünü və tələbəyə olan sevgisini unutmayıb.Bizim heç birimiz Mir Cəlal müəllimin bizə olan sevgisini, diqqətini, qayğısınıyaddan çıxarmamışıq. Bəlkə də o, dünyada yeganə ziyalılardandır ki, tanımadığı,bilmədiyi insanlara heç kimin eləmədiyi yaxşılıqları göstərib.

Birgün Mir Cəlal müəllim auditoriyaya girdi və diqqətlə bizə nəzər yetirdi. Gördü ki,əlli nəfərin əllisi də parta arxasındadır. Çünki biz onun böyük dərsini böyük sevgiylə,məhəbbətldə gözləyirdik. O dərs demirdi, həm də İlahinin göndərdiyi düşüncələrivə fikirləri bizə çatdırırdı. Və biz də o qədər maraqla dünyanın ən böyük müəlliminidinləyirdik ki, iki 45 dəqiqənini necə gəlib keçdiyini hiss eləmirdik. Ən çox sevdiyiiki misra şeir vardı. Bu da xalq şairi Osman Sarıvəlliyə məxsus idi. Mir Cəlal müəllimonu bizə tez-tez xatırladırdı:

Döydüyağış məni, döydü qar məni,

Minsəmbir qarışqa aparar məni.

Təşbehlərvə bənzətmələrlə bağlı söhbət düşəndə bu misraları dünyanın ən böyük müəllimi tez-tezxatırlayar və yada salardı. Və bizim hər birimiz də bu misraları əbədi olaraq yaddaşımızahəkk eləmişdik…

MirCəlal müəllim dünyanın ən təmiz, ən saf, ən ədalətli ziyalılarından idi. Bir dəfədanışırdı ki, qəbul imtahanı olanda bir qızdan imtahan götürürdüm. Qızın cavablarıçox xoşuma gəldi və ona «əla» yazdım. Dedim ki, qızım, tay sən keçdin. Qız da elətəsəvvür edir ki, daha o biri üç imtahana gəlmək lazım deyildir. Üç imtahanın heçbirinə gəlmir və bir gün də gəlib universitetdə tələbələrin qəbul siyahısına baxandaadını orda görmür. Axırda arayıb-axtarıb Mir Cəlal müəllimi tapır. Deyir ki, o vaxtsiz dediniz, mən keçdim. Mən də fikirləşdim ki, yəqin o biri imtahanlara gəlməklazım deyil. Mir Cəlal müəllim görür ki, qız çox stress keçirir və az qala fikir-xəyaldanürəyi partlayırmış. Ona görə də birbaşa rektorun qəbuluna gedir, məsələni ona danışır,qız yenidən imtahan verir və üniversitetə qəbul olur. Bax, dünyanın ən böyük müəlliminin tələbəyə olan sevgisibudur!

…Bir dəfə də 1-ci kursda oxuyanda Mir Cəlal müəllimin qovluğu yaddan çıxıb auditoriyadaqalmışdı. Mən də onu dekanlığa aparıb onlara təqdim eləmək istədim. Ordansa mənəMir Cəlal müəllimgilin «Azneft»də yaşadığı binanın ünvanını verdilər. Mən də qovluğugötürüb onların evinə getdim və mənzili çox asanlıqla tapdım. Soyuq qış günü idi.Elə qapını Mir Cəlal müəllimin özü açdı. Baxan kimi tanıdı. Dedim ki, qovluğu gətirmişəm.O nurani ziyalının çöhrəsinə nur qondu və dilləndi:

-Lap yaxşı eləyib gəlmisən. Keç içəri, mən də o biri otağa qovluğu qoyub gəlirəm!

MirCəlal müəllim qovluğu o biri otağa qoyub mənim əyləşdiyim otağa qayıtdı. İki daşınarasında süfrə açıldı. Çox qəşəng bir düşbərə bişirilmişdi. Utandığımdan əlimi çörəyə uzatmadım. Mir Cəlal müəllim nəyisə bəhanəedib o biri otağa keçdi. Acından ölürdüm. Qaşığı götürüb düşbərəyə necə girişdimsəgözümə işıq gəldi. Artıq Mir Cəlal müəllim otağa gələndə mən o düşbərəni yeyib qurtarmışdım.Bəlkə də dünyanın ən böyük müəllimi elə utandığıma görə bəhanə edib o biri otağakeçmişdi. Həmin düşbərənin dadı bu gün də damağımdan getməyib.

Dünyanınən böyük müəllimi bütün tələblərinə öz balası, öz nəvəsi kimi baxırdı. Xüsusən dəistedadlı, kasıb uşaqları daha çox istəyirdi. Elə çalışırdı ki, nəsə onlara arxadursun, kömək eləsin və əl tutsun. Bizim beş illik tələbəlik illərində yadımızdaqalan bütün müəllimlər dünyanın ən təmiz, ən vicdanlı, ən ədalətli ziyalıları olublar.Onlar bu gün dünyamızda olmasalar da, Allahın dərgahındadılar. Və onlar öz qəlblərininişığını, ürəklərinin sevgisini, elmlərini bizim beynlərimizə ötürüblər. Biz onlarınişığıyla, nuruyla gəlib bugünkü səviyyəyə çata bilmişik. Və dünyanın ən böyük müəllimiolan Mir Cəlal Paşayev mənim kimi minlərlə tələbəsinin ürəyində əbədi bir heykəlucaldıb. O heykəl ki, sevgidən, məhəbbətdən və bir də insanlıqdan yoğurulub. MirCəlal müəllim həm də uzaqdan görünən bir günəşə, bir nura bənzəyir. Və o günəş,o nur minlərlə insanın həyatına işıq saçıb və onları kamil insan kimi yetişdirib…

TƏQVİM / ARXİV