adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Iyun 2017 14:54
6371
MƏMLƏKƏT
A- A+

Bakı sakinləri Ermənistanı Azərbaycanın bir nömrəli düşməni hesab edir

"ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Azərbaycanın müstəqillik qazandığı 26 il ərzində respublikamız bütün ölkələrlə dostluq və sülh şəraitində mövcudluğunu sürür. Amma bununla belə ərazilərimizin 20%-in Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün statusunda yaşaması illərdir davam edir. Bəs Bakı sakinləri hansı ölkəni Azərbaycanın düşməni olaraq görür ?

Demək olar ki, rəyi soruşulmuş hər kəs Azərbaycanın bir nömrəli düşməninin Ermənistan olduğunu bildirir (98 %). Respondentlərin dörddə biri isə Rusiyanı dost dövlət olaraq görmür (24 %). Az da olsa, İran və Fransanı da sevməyənlər var (hər biri 7 %). ABŞ da düşmən ölkələr siyahısında 5 % səslə yer alıb.

Şimal qonşumuzu sevməyənlər əsasən 18-24 yaş aralığında olan gənclərdir (29 %). Nisbətən orta nəslin nümayəndələri (25-34 yaş aralığı) İranı düşmən görür (12 %). Yaşlı nəsil isə (45-54 yaş aralığı) Fransa (14 %) və ABŞ-ı (9%) Azərbaycanın düşməni olaraq qəbul edirlər.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.