adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Iyun 2017 15:05
4781
MƏMLƏKƏT
A- A+

Natiq Əliyev II Fəxri Xiyabanda dəfn ediləcək

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın verdiyi məlumata görə, bu gün axşam saatlarında N. Əliyevin nəşi Bakıda olacaq.

Məlumata görə, sabah 12:00-da "Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək. O bildirib ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.