adalet.az header logo
  • Bakı 17°C
09 Iyun 2017 14:23
2825
GÜNDƏM
A- A+

Qeyri-neft sektoru polad relslər üzərində: Çevik və sistemli iş bəhrəsini verir...

İyunun əvəlində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun gürcüstanlı həmkarı ilə Tiflisdə imzaladığı protokol dəmir yol vasitəsilə yükdaşımalar sahəsində böyük dönüşün başlanğıcı ola bilər.

Razılaşmaya əsasənAzərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyulun 1-dən yük daşımalara tətbiq ediləcək.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyevsə bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə yaxın konteynerin daşınması mümkün olacaq, bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.

Nəzərə alsaq ki, bu ilin sonunda tarixi bakı-Tiflis-Qars dəmir yolu da işə düşəcək, o zaman Azərbaycan dəmir yollarının qeyri-neft sektorunun lokomotivi olmaq şanslarını xeyli artırıb.

Elə Siyasi və İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də bu qənaətdədir ki, son vaxtlar dəmir yol sahəsində baş verən nəzərəçarpacaq canlanma tezliklə iqtisadiyyatımızın yeni polad relslər üzərində inkişafına öz töhfəsini verəcək. Adalet.az moderator.az-a istinadən Əli Məsimlinin açıqlamasını təqdim edir:
"Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərb arasında körpü rolunu oynamasına, bu isə öz növbəsində həm müstəqilliymizə real məzmun vermək, həm strateji, həm loqistika, həm inteqrasiyanın gücləndirilməsi, həm iqtisadi və kommersiya və sair baxımından yetərli qədər fayda götürməyə potensial imkan yaradır.Həmin imkanlardan dolğun şəkildə faydalanmaqdan ötrü Azərbaycan ümumiyyətlə iri kommunikasiya layihələrinin, o cümlədən "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılmasında fəal iştirak edir. Bu sahədə nəzərdə tutulan tədbirlərin aidiyyatı hökumət qurumları, xüsusən də "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sistemli şəkildə həyata keçirlməsi ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafının səmərəli təşkili sayəsində Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi daşıyır. Azərbaycanın bu sahədə rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, güzəştli tariflərin tətbiqi və sair istiqamətlərdə xeyli iş görülüb. Bununla yanaşı beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirlir, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilir, nəqliyyat xidmətlərinin keyfiyyəti yaxşılaşdırılır. Həmin xətt üzərində olan ölkənin dəmiryol xidmətləri ilə əməkdaşlıq, işgüzar əlaqələr genişləndirilir və dərinləşdirlir. Bunlardan ən genişmiqyaslısı Bakı-Tbilisi-Qars layihəsidir, tarixi İpək yolunun artıq bir dəmir yoluna çevrilməsi hadisəsidir. Dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan digər işlər də geniş vüsət alacaq. Bunun arxasınca gələn müxtəlif layihələr biznesin, iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin açılmasına təkan verəcək.
Azərbaycan "Şimal-Cənub” dəhlizinin fəal surətdə dövriyyəyə qoşulmasında da çox maraqlıdı və tərəflərə əməkdaşlığı genişləndirir. Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsi üçün zəruri işlər görülür. Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. Həmin işlərin reallaşdırılması sayəsində həm də nəzərdə tutulan əlaqəli coğrafi biznes istiqamətləri işə düşəcək.
Bu işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsi həm Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində, həm də əvvəlcə on, sonra yüz milyon, daha sonra isə milyard manatlarla ölçülə bilən fayda gətirəcək. Ona görə də hökumət yaxşı işləyənlə pis işlyənləri bir-birindən fərqləndirməli, "Azərbaycan Dəmir Yolları” QSC-ə dövlət dəstəyini gücləndirçəlidir ki,həmin qurum vasitəsilə qeyri-neft sektorunun daha daha çox gəlir, daha çox xarici valyuta gəturən sahəsinə çevrilməsi prosesi sürətlənsin".