adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2017 21:24
15985
MƏDƏNİYYƏT
A- A+

Gənc estrada ifaçılarının konserti keçirilib

Mədəniyyət kanalının və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında "Odlar ölkəsi” adlı gənc estrada ifaçılarının konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdə gənc estrada ifaçıları - Sərxan Cəfərov, Fərəh Həsənzadə, Şövqi Əmrahov, Şeyda Ələsgərova, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Rüfət Xəlil, Səfa Eldar, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova, Yana Maybaxın rəhbərlik etdiyi "Renessans” rəqs qrupu və başqaları iştirak edib.

Layihənin rəhbəri Emin Həsəndir. Konsertdə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestrinin kiçik heyəti müşayiət edib.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Trend.az, Milli.az-a məxsusdur.