adalet.az header logo
  • Bakı 11°C
09 Iyun 2017 13:15
15475
GÜNDƏM
A- A+

QONŞUNUN EVİ YANIRSA

İranın Ermənistan siyasəti, məscidlərdə donuz saxlayan ermənilərə sevgisi təbii ki, xalqımız tərəfindən xoş qarşılanmır və bu ölkəyə münasibət birmənalı deyil. Amma İran bizim çəpər qonşumuzdu, həm də dini baxımdan, mədəniyyət, adət-ənənə baxımından çox ortaqlığımız var. Həm də bu ölkənin əhalisinin yarıdan çoxu təkcə din qardaşlarımız deyil, həm də qan qardaşlarımızdı. Bu ölkə həm də azərbaycanlıların ölkəsidi. Və bu ölkə bu gün varsa və bir qüdrətli dövlətdirsə, bu şahismayılların, nadirlərin, qacarların hesabınadı.

Bosfort yazır: «Ağa Məhəmməd şah Qacar cəmi üçcə il (1794-1797) İranın rəsmi şahı olub. Amma o, qısa bir zamanda elə bir qüdrətli dövlət yaradıb ki, bugünki İran öz varlığına görə Qacara borcludur».

Siyasətə çox girməyək. Məsələ ondadır ki, bu gün məlum dövlətlər, o cümlədən məlum dövlətlərin aftafa götürənləri, yəni ərəb dövlətləri İranı qarışdırırlar. Dəhşətli terror hadisələri baş verir. Qısası, İrana od vurmaq istəyirlər. Qonşunun evi yanır, inanmıram bu yanğın bizə keçə. Amma başqa bir məsələ var. İran yanarsa ordakı qardaşlarımız, əmioğullarımız, dayıoğullarımız, xalaoğullarımız son ümid yeri olan Azərbaycana qaçmaq məcburiyyətində qalacaqlar. Təbii ki, Azərbaycan dövləti də qapılarını heç vaxt onların üzünə bağlamaz. Bu isə bir milyon, iki milyon insan deməkdi. Ona görə də İranda baş verən hadisələrə biganə qala bilmərik.

Qələm dostlarımız, İranla bağlı məsələdə diqqətli olun! Biz İrandakı hadisələrə sevinə bilmərik, ən azı orda yaşayan 40 milyondan artıq qan qardaşımızın xatirinə.