adalet.az header logo
  • Bakı 19°C
08 Iyun 2017 15:54
21600
MƏDƏNİYYƏT
A- A+

Balaca rəssamların sərgisi açılıb

Bakı Xətai Sənət Mərkəzində "Mənim düşüncəm - 2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 15 yaşa qədər olan 190-dək balaca fırça ustasının 200 sənət əsəri nümayiş olunub.

Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə-sərgi uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılar diplomlarla təltif edilib. /azertag.az/