Biz necə futbol klubu yaratdıq?

OĞUZ AYVAZ
46409 | 2017-06-08 11:45

Bizim bir tarixi məhəllə komandamız olub. Heç xəbərinizvar?! Adı da "Gənc-Bakı” idi. Maliyyə problemlərindən dolayı klubumuz cəmi üçil yaşadı. Ancaq komandamız məhəllə futbol tarixinə adını qızıl hərflərləyazdırmağı bacardı. Gəlin sizə lap əvvəldən başlayım. Yaxın durun.


Sentyabr aylarının ortaları idi. Məhəlləninvuran-tutan oğlanlarından Elxan mənə xəbər saldı ki, adam yığıb futbola gedək.Elxanla həmişəki kimi küknar ağaclarının kölgəsində görüşdük. Hətta ora "Çənlibel”adı vermişdik. Bircə atımız əskik idi. Sözün qısası, Elxanla danışdıq, qərara gəldikki, bu gün axşamüstü "Radio Zavod” tərəfin uşaqları ilə oynayaq. Elxan tezbazartelefonda rəqibin kapitanını tapıb, zəng vurdu. Geriyə uşaq yığmaq qaldı. Məhəlləninən rəzil oyunçusu Ələsgəri də komandaya cəlb etdik. Qardaşım Ayxan, dostumDavud, sinif yoldaşım Rəşad da yeni transferlərimiz oldu. İlk baxışda komandaçox zəif təsir bağışlayırdı. Amma içimizdə yatmış aslan vardı. Bunu heç kimbilmirdi.


İlk matçımızı keçirtmək üçün səfərə yollandıq. Məhəllənintaksi şoferi Rövşən dayı bizi rəqibin meydanına aparırdı. Yolda az qala qəzayadüşəcəkdik. Allahdan "Kamaz”ın altında qalmaqdan yan keçdik. Ələsgər sısqa əllərinigöyə açıb, şükür elədi!

Bizim komandanın oyunçuları ağ köynəkdə, rəqib isəala-bula paltarda idi. Məhəllənin içindəki balaca meydançada matç startgötürdü. Ard-arda vurulan qollar, pudralı qızlar, yaşlı qadınlar, kişilərin səssizsiqaret sümürmələri, balaca cırtdanların içi xırda daşlarla dolu butulkalarıyerə vurub bizim məhlə irəli! bizim məhlə irəli! şüarları, başımızın üstündəaxşam günü. Gün batdıqca rənglər bir-birinə qarışırdı. Nəticə olaraq "RadioZavod”la heç-heçə qaldıq. Penaltilər seriyasında isə uduzduq. Bu bizim ilk məğlubiyyətimizoldu.

Avtobusda gedərkən Elxanla qərara gəldik ki, komandamızıvar edək, yeni oyunçular cəlb edək, böyüdək klubumuzu.

Yataqxanamızın dəhlizində klubumuzun ilk qeyri-rəsmiiclası baş tutdu. İclasda klubun adı müəyyənləşdi: "Gənc-Bakı”, rənglər isəağ-qara olacaqdı. Ləqəbimiz "qara aslanlar”. Artıq damarlarımızda ağ-qara qanaxacaqdı. Məhəlləmiz uğrunda tər tökəcəkdik. Zəfər yürüşümüz başlayırdı...

Bir çox yeni oyunçular transfer etdik. Gələn həroyunçu and içirdi ki, bu kluba şərəflə xidmət edəcək. Klubun zəif oyunçularıüçün xüsusi məşqlər keçirdik.

Yay aylarında hər gün, bəzən isə gündə iki dəfəfutbol oynayırdıq. Qan-tər içində evə gedir, analarımız tərəfindən kötəklənirdik.Komandanın ən maraqlı, həm də ən mənasızı olan Ələsgərsiz matçlara gedəbilmirdik. İstənilən halda komandaya motivasiya verirdi. Sanki "Gənc-Bakı”-nınruhu, görünməz qəhrəmanıydı...

Bir dəfə "Nəsrəddin Tusi 11b” ilə keçirilən səfəroyununda uzaqdan vurduğu qol məhəlləmizin futbol arxivində unudulmaz qollardanoldu.

Hətta komandamız bir ara 20 oyun ard-arda qələbəqazanmışdı. Qol krallığında isə Elxanla mən yarışırdıq. Ayxan, Elxan, Elvin,Asim, Fərhad, Orxan kimi ulduz futbolçularımız bütün məhəllə komandalarınıqorxuya salmışdı. Adları yayıldıqca rəqib uşaqların canlarına vəlvələ dolurdu.O qədər güclənmişdik ki, rəqiblərimizi darmadağınla keçirdik. İçimizdəki aslanoyanmışdı. Gözlərimizdə qara aslanın gözləri parıldayırdı, qarşımıza keçəniparçalayırdıq.


Əhmədlinin məşhur bir məhəllə komandası iləoynayacaqdıq. Həyəcan bizi sıxırdı. Rəqib çox güclü və təcrübəli oyunçulardanibarət idi. Deyilənə görə, professional bir-iki futbolçusu da vardı... Səfərəyollandıq. Matç başlamadan uşaqlardan biri telefonunda "Çempionlar Liqası”nın əfsanəvimahnısını səsləndirdi. Bir an özümü həmin turnirdə hiss elədim. Gözlərimiyumdum. Sevdiyim adamlar, uşaqlar, futbol topu xəyalımda canlandı. Həm də bumatç bizim 49-cu oyunumuz idi. Gələn matç 50-ci yubiley matçımız olacaqdı.

Matçın ilk dəqiqələrindən üstünlük bizdəydi. Ancaqbədbəxt bir hadisə baş verdi. Rəqibin oyunçusu ilə ayağım toqquşdu, maşın qəzasıkimi... Ayağımın dırnağı qopmaq üzrə idi. Oyundan çıxmalı oldum. Qapınınarxasında çömbəlib otların üstündə oyunu izləyirdim. Rəqib qapımıza qollarıvurduqca gözyaşları içində hönkürürdüm. Ayağımın göynəməyini unutmuşdum. Oyunsona çatmışdı. Həyat bizi də uduzdurmuşdu. Boynubükük məhləmizə tərəf yolaldıq. Bir həftə sonra yubiley matçımızda uduzduğumuz komandaya qarşı bu dəfəevimizdə oynayacaqdıq. Ayağım bir həftəyə düzəlmədi, ancaq sarıqlıoynayacaqdım. Nə bahasına olursa, olsun o gün meydanda olmalı idim.


Həmin gün göydən od yağırdı elə bil. İstidən nəfəsala bilmirdik. Məktəbin stadionu xeyli adamla dolmuşdu. Komandamıza möhtəşəm dəstəkvardı. İki saat davam edən ağır oyundan üzüağ çıxdıq. Qələbəmizə görə çoxsevinirdik. Sevincimiz bütün məhlənin adamlarını xoşbəxt etmişdi. Həmin gününgecəsi yuxumda komandamızın daha da böyüdüyünü Azərbaycan Liqasında çempionolub, ordan da Uefa Kubokunu qaldırdığını görmüşdüm.

Həmin illər həyatımın ən gözəl illəri olaraqyaddaşımın bir küncündə qaldı. Hər dəfə xatırladıqca tüklərim biz-biz olur, ürəyimtitrəyir...

TƏQVİM / ARXİV