adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2017 21:33
16453
ŞOU-BİZNES
A- A+

Türkiyənin məşhur caz qrupu Bakıda

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Adalet.az xəbər verir ki, Bakı sakinlərinə yay mövsümü ərəfəsində təqdim olunacaq beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.

İlk olaraq "Önder Focan ve Şalliel Bros” qrupu konsert verib.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə "Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunub.