Şagirdlərin nəzərinə: Buraxılış vərəqəsi verilir
İyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bu gündən buraxılış imtahanında iştirak edəcək şagirdlərə "İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov səhifənə daxil olaraq özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı da https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov ünvanından yükləmək olar.
Digər Xəbərlər
24 Aprel 2024 14:10
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel 2024 13:27“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024 18:53Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28