“Nağıl qəhrəmanlarının festivalı” başlayır
Bildiyimiz kimi, 9 iyun Beynəlxalq Dostlar Günüdür. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Onun tarixi məlum olmasa da həmin gündə dostlar dostları xatırlayır, bir araya gəlib xoş zaman keçirirlər.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də bu günü 3 günlük festivalla qeyd edəcək.
Belə ki, məhz həmin günlərdə balaca dostlarımız üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları "Nağıl qəhrəmanlarının festivalı”na dəvət edəcək.
İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də bitəcək.
Festivalın açılışı 9 iyun (saat 16.00) tarixində baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.
3 gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Yeməklərimizə möcüzə qatan "Möcüzə” yağının dəstəyi ilə reallaşacaq rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan "Qoğal” tamaşası da nümayiş olunacaq.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində "Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.
Festivalın son günü "Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.
Digər Xəbərlər
18 Aprel 2024 13:05
“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO
18 Aprel 2024 12:0899 hər zaman 99-dur,100 deyil!
18 Aprel 2024 09:47Xalq artisti: "Qarabağı cənnətə çevirəcəyik" - VİDEO
17 Aprel 2024 18:30Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55