adalet.az header logo
  • Bakı 19°C
07 Iyun 2017 15:26
18508
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikatlarla təltif edildi

Bakı Ali Neft Məktəbində (BANM) neft hasilatının artırılması üçün istifadə olunan müasir üsullara həsr olunmuş 4 günlük seminara yekun vuruldu.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, seminar Yaponiyanın İNPEX şirkətinin təşəbbüsü, "SOCAR UPSTREAM İnternational Management” MMC-nin və BANM-in təşkilatçılığı ilə keçirilib.

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikatlarla təltif edildilər - FOTO

Seminarın keçirilməsi üçün Yaponiyanın Waseda Universitetinin Elm və mühəndislik fakültəsinin professoru Masanori Kurihara, universitetin elmi əməkdaşı Utomo Pratama, dünyada neftin və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina, şirkətin Londondakı ofisinin Layın işlənməsi üzrə meneceri Takuya Muta və təlim koordinatoru Yukito Nomura Bakıya dəvət ediliblər.

Təlimlərdə ən fəal iştirak edən tələbələrə BANM-in rektoru Elmar Qasımov və İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina tərəfindən təlim təşkilatçılarının imzası ilə sertifikatlar təqdim olunub.