Silvester və Arnoldun fotosu təəccübləndirdi
Aktyor Silvester Stallone paylaşdığı fotosu ilə izləyicilərin diqqətini çəkib.
Silvester həmkarı, aktyor Arnold Şvartsenegger ilə çəkilmiş yeni şəklini sosial media hesabında yerləşdirib.
Hər kəsin marağına səbəb olan fotonun altında Stallone yazıb:
"Arnold mənə yeni dostunu təqdim edir... Zarafat bir yana, o, uşaqlar üçün pul toplansın deyə bu cür qurbana çevrilib".
Qeyd edək ki, S.Stallone A.Şvartseneggerlə illər öncə birgə şəkil çəkdirib və aradan keçən uzun zamanda onların birgə fotosu olmayıb.
Digər Xəbərlər
29 Mart 2024 10:01