adalet.az header logo
  • Bakı 12°C

Aqil ABBAS: SİNƏMDƏ O YERİN DAĞ HAVASIDI…

AQİL ABBAS
85718 | 2017-06-10 09:57

Deyirlər may və sentyabr aylarında Naxçıvan daha gözəlolur. Mən ilin bütün fəsillərində Naxçıvandaolmuşam və bu diyar elə bütün aylarda gözəldi. Amma təbii ki, insanlar üçün yazınvə payızın ayrı özəlliyi var.

Axırıncı dəfə buil mayın 4-də getmişdim Naxçıvana. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevçox haqlı olaraq Azərbaycan Kubokunun final oyununu Naxçıvan şəhərinə salmışdı.Buna görə onu qınayanlar da vardı, ağız büzənlər də: Naxçıvan nə bilim uzaqdı, filandı, gedib-gəlmək çətindi və sair və ilaxır. Amma mən onda da bu məsələlərlə bağlıbir yazı yazmışdım və «Qarabağ»la «Qəbələ»nin oyununu Naxçıvan şəhərinə saldığına görə təşəkkür etmişdim.

Necə olur ki, Londondanİstanbula azarkeşlər futbola baxmağa gəlirvə yaxud Moskvadan İspaniyaya gedirlər. Ammabiz burdan-bura öz evimizin içində deyirik Naxçıvan uzaqdı. Hər gün neçə təyyarəreysi işləyir. Maşınla da təxminən6-7 saatlıq yoldu. Elə Qazaxa da 6-7 saata gedirik də.

Niyə sevinmişdim ki, final oyunu Naxçıvana düşüb? Bu bir bayramıydı, istədimbu bayramı naxçıvanlılar da yaşasın. Naxçıvanda həmişə futbol olub. Əhməd Ələsgərovun «Araz» komandasını yadınıza salın. Bir əyalət komandası SSRİ çempionatında oynayırdı.

İndi Azərbaycan çempionatıBakı çempionatına çevrilib. 8 klubun 6-sı Bakıdadı, «Qəbələ» ilə «Kəpəz»dən savayı. Deyəcəksiz, bəs«Sumqayıt»? Sumqayıt da Bakıdı da.

Ötən il «Araz -Naxçıvan» yüksək liqaya çıxdı, hamımız sevindik ki, Naxçıvan yenidən Azərbaycan futbolunda təmsil olunur. Ya zəlzələdən, ya vəlvələdən incitdilərmi, ya xətirlərinəmi dəydi komanda çempionatdan çıxdı. Bu təkcə məni yox, Azərbaycandabütün futbolsevərləri üzdü.

Deməli, mayın 4-də Naxçıvan şəhər stadionundaydım, həm «Qəbələ»nin,həm də «Qarabağ»ın məşqlərini izlədim. Meydançaya da endim, hər iki komandanın futbolçularıyla görüşdüm, hər iki komandayauğurlar dilədim. Təbii ki, «Qarabağ»ı tuturam, amma dediyim əsasodur ki, futbol qalib gəlsin. Elə futbol da qalib gəldi.

Çox gözəl, bütün dünya standartlarına uyğun bir stadionu var Naxçıvanın, 13 min tamaşaçı tutur.Və həmin gün stadionda bəlkə 15 mindən çox adam vardı, belə demək mümkünsə, iynəatsaydın yerə düşməzdi. Bu Naxçıvan camaatının futbola sevgisinin göstəricisidi. Televiziyada izlədiniz və gördünüz.CBC kanalı da sağ olsun, çox gözəl yayım yapdı, mən də bu kanal vasitəsilə həm Naxçıvanhaqqında, həm də futbol haqqında ürəyimiboşaltdım.

Və bu gün üzülürəm.Niyə Naxçıvanın o gözəl stadionu boş qalmalıdı? Niyə Naxçıvan camaatı Azərbaycanklublarını öz stadionlarında canlı izləməməlidi? Niyə Naxçıvan futboluhəm Azərbaycanda, həm də Avropada öz sözünü deməməlidi? Axı, Naxçıvanda futbolvar.

Hörmətli AFFA-nınrəhbərləri, bir oturun, danışın, qurun-qoşun, birləşin və «Araz» komandasını yenidənAzərbaycan çempionatına gətirin.

Yuxarıda qeyd etdimki, Naxçıvanda futbol var. Bəli, bu gün Naxçıvanda daxili çempionat keçirilir. Əvvəllər 8 klub olub, amma bu həftəkisəfərimdə öyrəndim ki, klubların sayı10-a çatdırılıb. Elə Azərbaycan çempionatıkimi Naxçıvan da öz çempionatını keçirir, hələ iki klub da Azərbaycan çempionatından artıqdı. Deməli, Naxçıvanda futbol var və futbolu sevirlər. Hələ onu da qeyd edim ki, Naxçıvandakı daxiliçempionatdan başqa təşkilatlar da öz aralarında bir çempionat keçirirlər.

Nə isə, futbollabağlı bir az ürəyimi boşaltdım.

Bu günlərdə yenəNaxçıvana üz tutmuşdum. KİVDF-nin təşkilatçılığı və VüqarSəfərlinin rəhbərliyi ilə baş redaktorlardanibarət nümayəndə heyətinin tərkibində getmişdim Naxçıvana.

Ötən ilin oktyabrınsonunda KİVDF-nin təşkilatçılığı ilə jurnalistlərin Naxçıvana bir səfəri təşkiledilmişdi. Səfərdə məqsəd Naxçıvan mətbuatı ilə mərkəzi mətbuatın əlaqələrini möhkəmləndirmək idi. Çox vacib tədbirlər, görüşlər keçirildi vəbu da çox müsbət nəticələr verdi.

Bu dəfəki səfərdəməqsəd isə Naxçıvanda turizm potensialını öyrənmək, onun tanıtımını - reklamdandaha çox tanıtımını - həyata keçirməkdi.Yəqin ki, reklamla tanıtımın ayrı-ayrıbir məsələ olduğunu ağıllı oxucu bilir. Çünkitanıtım daha vacibdi və daha geniş əhatəlidi.

Naxçıvanınçox güclü turizm potensialı var. Ammaçox təəssüf ki, bizlər bunu lazımi səviyyədə işıqlandırmırıq. Səbəblərini yazmaqistəmirəm, qələm dostlarımın xətrinə dəyə bilər. Amma «Ədalət» qəzeti olaraq Naxçıvanadaimi yer ayırırıq. Şəxsən özüm Naxçıvandan silsilə məqalələr yazmışam. İnsanlarından, abidələrindən tutmuşdaşından, çiçəyinə qədər. Çalışmışam Peyğəmbər ayağı dəyən bu torpağı və bu torpaqdablokada şəraitində yaşayıb-yaradan insanları «Ədalət»in oxucularına təqdim edəm.

Elə son zamanlardaqəzetimizin birinci müavini, şair Əbülfət Mədətoğlu Naxçıvana səfər elədi və bu müqəddəs diyar haqqında yeddi məqalə yazdı. Və sonra mən Naxçıvana gedəndə hamı mənə Əbülfətin yazılarından danışırdı. Xahişedirdilər ki, camaatın Əbülfətə minnətdarlığını çatdırım.

20 baş redaktor Naxçıvanıqarış-qarış gəzdik. İçimizdə elə qələm dostlarımız vardı ki, ilk dəfəydi gəlirdivə gözlərinə inana bilmirdilər. Nəyə inana bilmirdilər? Blokadada olan bir respublikanın belə bir inkişafına.Xüsusilə də yollar hamını heyran eləmişdi.Ən ucqar dağ kəndinə belə Avropa standartlarına uyğun yollar çəkilib. Özü də təkcəkəndin özünə yox, kənd içi yollar da bax, belə yüksək səviyyədədi. Və onu da qeydedim ki, Naxçıvanın kəndləri artıq qəsəbələrə çevrilməkdədi.

Naxçıvanturizmi. Turistin birinci istəyi getdiyiyerlərdə tarixi abidələrlə tanış olmaq, bu abidələri öz gözləri ilə görmək,bu abidələrin ruhunu duymaqdı. Və Naxçıvandao qədər tarixi abidələr var ki, bir turist səfəri ilə hamısını gəzib-dolaşmaq mümkün deyil.

ƏmirTeymurun nə özünün, nə də əsgərlərinin çıxa bilmədiyi, fəth edə bilmədiyi o möhtəşəmƏlincə qalasında olmamısansa Azərbaycan tarixindən necə ağız dolusu danışa bilərsən? Bu qalanın hər daşı bir tarixdi. Bu qalanın hərdaşında Naxçıvan camaatının qanı var, ruhu yaşayır. Və Əmir Teymurun əsgərləri nəo qanı tapdaya bilib, nə o ruhu əzə bilib.

Mənayrı-ayrı tarixi abidələr haqqında, turizm məkanları haqqında, Naxçıvanda olan vədünyada tayı olmayan müalicə sanatoriyaları haqqında danışmaq istəmirəm. Çalışacamhər həftə yuxarıda saydıqlarımla bağlı ayrı-ayrı tanıtım yazılarını qəzetdə dərcedək. Və daha geniş və daha ətraflı.

Mənbaşqa bir məsələyə toxunmaq istəyirəm. Azərbaycanınçox gözəl turizm məkanları var. Mövsüm vaxtında da həmin məkandakı otellərdə yer tapmaq mümkün deyil.Xarici turistləri qoydum bir kənara, niyə biz özümüz Naxçıvana turizmsəfərləri təşkil etmirik və yaxud niyə özümüz istirahət etmək üçün Naxçıvana üz tutmuruq? Yenə deyəcəksiz uzaqdı?! Ya Naxçıvana getdin, ya Zaqatalaya, nə fərqi?Şahbuz, Batabat, Ordubad zaqatalalıların xətrinə dəyməsin, Zaqataladan gözəldi.Havası da on qat artıq təmizdi. Bir damcı rütubəti yoxdu, quru havadı. Nəfəs aldıqca elə bil gəncləşirsən, gümrahlaşırsan.Vərəmli xəstə Naxçıvana getsə, sanatoriyaya yox ey, elə belə bir dostu, tanışıgilə,davasız-dərmansız sağalar. Eləcə də astma xəstəsi. Təyyarə bileti də gediş-gəliş100 manat eləyir. Burdan Zaqatalaya öz maşınınla gedib-gəlsən təkcə benzinə 100manatdan çox pul verəcəksən. Və həm də yüksək səviyyəli otellər var, qiymətlər də regionlardakı otellərdənaşağıdı. Həm də blokadada olmasına baxmayaraq, ucuzluqdu. Keçən səfərimdə Naxçıvandakı qohumlarla – şairElxan Yurdoğlu və Akademiyanın əməkdaşı Namiq Abbasov və bir də Naxçıvan DövlətUniversitetində oxuyan bir bibim nəvəsiyləşəhərin ən təmtəraqlı restoranlarının birində şam elədik. Çox gözəl də bir süfrə açmışdıq. Naxçıvan istehsalı olan baldırğan, kəkotuarağı ilə birlikdə. 37-38 manat pul elədi.Amma bu yaxınlarda ölkəmizin, adını çəkməkistəmədiyim, Bakıya yaxın istirahət məkanlarının birinin restoranında 4 nəfər və4 nəfər də 3-6 yaşlarında uşaq alkoqolsuzbir yemək yedik. Qiymət bilirsiniz neçə oldu?138 manat. Fərq görün nə qədərdi?

Götürün ailələrinizi, gedin Naxçıvana. Çox gözəl istirahət məkanları var, Naxçıvanın xüsusi, özəlmətbəxi var. Gülərüzlü insanlar, yüksək mədəniyyət görəcəksiniz. Taksi sürücüsündən, avtobus sürücüsündən tutmuş qarsonuna qədər.

Gərəkki ötən il idi. Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbov kənd turizmi ilə bağlı bir məsələ qaldırmışdı.Özü də təkcə Naxçıvan üçün yox, elə bütün Azərbaycan üçün vacib bir məsələ idi. Bu Avropada çox geniş yayılıb,Azərbaycanda niyə olmasın?!

Bilməyənlər üçün kənd turizmi haqqında açıqlama verim. Avropada ailələrini götürüb gedirlər ucqar bir kəndə, bir ailəyə qonaq və kənd həyatı yaşayırlar. Kəndliyləbərabər ot da biçirlər, meyvə də dərirlər,nə bilim inək də sağırlar, qoyun da otarırlar,kəndlinin bişirdiyini yeyirlər, özləri də onunla birlikdə yemək bişirirlər.Bir az səs-küylü şəhərdən qopub bizim bəyənmədiyimiz kənddə təbiətə qovuşurlar vətəbii ki, buna görə də qonaq getdikləri kəndliyəmüəyyən miqdarda da pul ödəyirlər. Və həmdə təbii insanlar görürlər.

HörmətliVasif müəllim də bu məsələni qaldırmışdı. Amma bizlər ona lazımi dəstək verdikmi? Təəssüf ki, yox. Amma gec deyil.

Hörmətlioxucu, bəlkə bir sən ailəni götürüb gedəsən Lerikin, ya Yardımlının, dəxli yoxdu,ya olsun Qazaxın ucqar bir kəndinə qonaq? «Allah qonağıyam» deyib tanımadığın bir qapını döyəsən? İnandırıram səni, o qapını üzünə taybatay açacaqlar.Mən hərdən özüm ailəmi də götürüb belə səfərlər edirəm. Çox qala bilməsəm də, bir-ikigün qalıram. Təbii ki, pul ödəmirəm. Heç nəyimiz olmasa da, qonaqpərvərliyimiz var.

Ötən il Tovuzun Əslikdərəsini gəzirdim, doğrudan cənnətdi, neçə adamhətta zorla bizi evinə dəvət edirdi. Eləcə də Şamaxıda, İsmayıllıda, Qəbələdə,Oğuzda, Zaqatalada da elə Tovuzda olduğu kimi bu halları yaşamışam.


Şair Məmməd Araznecə deyir:

İldə bir yol ot biçməyə gəlin, oğul,

İldə bir yol zəmibiçin.

İldə bir yol küləşyığın.

Canınıza hava yığın,günəş yığın!

İldəbir yol yer belləyin.

İldəbir yol biz olun.

Səhərmehində yuyunub təmiz olun.

İldəbir yol belə getsən vər başına,

Sağol deynən bu kərənti qardaşına.


Sizdə ildə bir yol üz tutun kəndlərə. Gedin, bu şəhərin çirkabıüstünüzdən təmizlənsin. Bax, budur kənd turizminin mayası.

Əzizdostum, heç Batabatda olmusanmı?! Həm yaşamalı yerdi, həm də belə desək, ölüb-qalmalı.

İldəbir yol bir Naxçıvana da üz tutun. Böyük şəxsiyyətlər yetişdirmiş bu diyarı bir ziyarət edin, həm də Zor bulağın suyundan için, dadı damağınızdan biril getməsin.


TƏQVİM / ARXİV