adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyun 2017 11:11
15952
MARAQLI
A- A+

Büyük sərçə müharibəsi

1958-ci ildə Çində kənd təsərrüfatında islahatlar aparmağa başlayırlar. Aparılan araşdırma sonrası belə məlum olur ki, il ərzində 10 sərçə 45 kq buğda yeyir. Həmçinin alimlər belə qənaətə gəlir ki, məhv edilən hər 1 milyon sərçə ilə 60 000 insanın qidalanmasına bəs edəcək buğdaya qənaət etmək olar. Bu məlumatları əldə edən ölkə başçısı -Mao Zedong "Böyük Sərçə müharibəsi” adını almış müharibəyə başlayır. O hər bir əhalini öz "işıqlı gələcəkləri” naminə sərçələrlə mübarizə aparmağa səsləyir. Məlumdur ki, sərçələr havada 15 dəqiqədən çox qala bilmirlər. Təbliğata cəlb olunmuş bütün iştirakçılar damlardan sərçələri qovurdular və quşlar yerə düşürdülər. Bu gedişlə 1958-ci ildə 194432 "düşmən” məhv edilir. Ümumilikdə "müharibə” gedişində isə milyarda yaxın quş həlak edilir və bu sərçə növü demək olar ki, Çin Xalq Respublikasında tükənir. Lakin Çin rəhbəri bir fakt barədə unutmuşdu. Sərçələr həşəratların, həmçinin əkinə böyük zərər yetirən çəyirtkələrin əsas düşməni idi. Sərçələrin tamamilə məhv edilməsi çəyirtklərə sərbəstlik qazandırdı. Mao Zedong daha sonradan anlayır ki, onun qərarı ekosistemdə balansın pozulmasına səbəb olub. Təqribən 30 milyon insan aclıqdan həlak oldu. O Sovet İttifaqından sərçə idxal edilməsini əmr etmişdi. Lakin bu da kömək etmədi, çünki sərçələrin mühitə uyğunlaşması və çoxalması üçün zaman tələb olunurdu. Nəticədə alimlərin Böyük Çin aclığı (1958-1961-ci illər) adlandırdığı və 30 milyon insanın aclıqdan həlak olduğu dövr başladı..