adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyun 2017 00:12
21258
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Molla evə gec gəlir, pəncərədən baxır görür evdə oğru var. Gizlənib gözləyir. Oğru mollanın yorğan-döşəyini, olan-olmaz köhnə palazını, evdə nə varsa bağlayıb alır dalına, düzəlir yola. Molla da düşür bunun dalınca. Get ha get, oğru öz evinə girəndə görur molla da gəlir. Deyir, molla, sən hara?

Molla:

- Bəs bura köçmürük? Ta ordakı evdə nə qaldı ki...