adalet.az header logo
  • Bakı 20°C
06 Iyun 2017 15:08
14422
MARAQLI
A- A+

İŞİD QARAÇI KİMİ ÖZÜNÜ TƏRİFLƏYİR

Dünyada onlarla terror təşkilatı var. Amerikadan tutmuş İngiltərəyə qədər , İspaniyadan tutmuş İtaliyaya qədər, Türkiyədən tutmuş az qala Çinə qədər, İŞİD də bunlardan biri və ən gec yarananıdı. İŞİD-in də kimin və kimlərin yaratdığını hamı bilir. Bilməyənlər desin, növbəti nömrəmdə yazım.

İndi dünyanın harasında bir terror olursa İŞİD qaraçı kimi özünü tərifləyir, deyir mən eləmişəm. Hələ İŞİD öz boynuna götürməmiş, dünyanın xüsusi xidmət orqanları və agentlikləri bu terrorları da İŞİD-in üstünə yıxırlar. Əslində İŞİD üçün işləyirlər, İŞİD-in piyarını təşkil edirlər. Və beləliklə, dünyada İŞİD vahiməsi yaradırlar.

Amma bir məsələ gün kimi aydındır ki, İŞİD bir gün onu yaradanları Ben Laden kimi yeyəcək.