adalet.az header logo
  • Bakı 13°C
06 Iyun 2017 11:17
23388
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti türk həkimlərə etibar edir

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya Rafiq Hüseynovun özü məlumat verib. O, müayinə üçün Türkiyəyə getməyi planlaşdırdığını bildirib:

"Deyə bilmərəm ki, yaxşıyam, yaxşı olmaqdan keçib. Müalicələr davam edir, həkim nəzarəti altındayam. Yenidən Türkiyəyə getməliyəm ki, müayinə olunum. Onkoloji xəstəlik məni incitmir, onun fəsadları aradan qalxıb. İndi müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Diaqnoz bir xəstəliklə bağlı deyil. Sağlıq olsun, gedim Türkiyəyə, görək həkimlər nə deyir”.

Qeyd edək ki, R. Hüseynov mayın 16-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu.