adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Iyun 2017 22:37
15002
KRİMİNAL
A- A+

Bir gündə 58 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 12-si "isti izlər”lə açılıb.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub.