Müsabiqə elan olundu
"QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi
NİZAMNAMƏ
1. Ümumi müddəalar
1.1."QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi
1.3. Müsabiqəyə təqdim ediləcək hekayənin mövzusu Azərbaycan Səfəvilər təriqətinin yaradılmasından (XIII), Qızılbaş-Səfəvi İmperiyasının süqutuna qədərki tarixləri (XVIII) əhatə etməlidir. Yazarlar təqdim edəcəyi hekayələrdə müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir. Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, dəyərlərə xidmət etməlidir.
1.10. Mükafat fondunun böyüməsi ilə əlaqədar olaraq, müsabiqəyə digər janrların əlavə edilməsi açıq saxlanılır.
2. Əsərlərin təqdim edilməsi qaydaları
2.4. Ortaq müəlliflərin əsərlərinin qazandığı mükafat tərəflər arasında bərabər şəkildə bölünərək təqdim edilir.
2.5. Müsabiqədə iştirak üçün əsərləri aşağıdakı onlayn form vasitəsilə bizə göndərin:http://senet.az/qizilbas-beynelxalq-tarixi-hekaye-musabiqesi-qeydiyyat
2.7. Təsisçi qurumda çalışan, münsiflər heyətində və işçi qrupda iştirak edən şəxslər müsabiqədə iştirak edə bilməz.
3. Münsiflər Heyəti
3.8. Münsiflər heyəti birinci turun qiymətləndirilməsini işçi qrupunun təklif etdiyi xüsusi qeydiyyat nömrəli əsərləri müəlliflərin adı olmadan aparır. İlk onluğu müəyyən etdikdən sonra adlar münsiflər heyətinə bildirilir.
3.9. Münsiflər Heyətinin səsvermə nəticələrinə görə çıxardığı qərar yekundur və iştirakçılardan nəticələrə görə şikayət daxil olmadığı halda dəyişdirilə bilməz.
4. İşçi qrup
4.2. İşçi qrupunun üzvləri səsvermə hüququna malik deyil.
4.3. İşçi qrupunun üzvləri İdarə Heyətinin üzvü ola bilməz, mətbuata informasiya və ya bəyənat verə bilməz.
4.4. İşçi qrupunun üzvləri mükafata aidiyyatı olan müxtəlif peşə sahiblərindən seçilə bilər.
4.5. İşçi qrupunun üzvləri Münsiflər Heyətinin təqdim etdiyi qiymətləndirmə cədvəlini işləyib "uzun siyahı”nı hazırlayır.
4.9. İşçi qrupunun üzvləri müsabiqəyə qəbul edilmiş əsərlərin hamısının mükafatın rəsmi saytında vaxtında yerləşdirilməsini təmin edir, mükafatla bağlı gələn bütün təklif, şikayət və iradları araşdırıb təsisçiyə təqdim edir.
5. Qiymətləndirilmə
5.2. Birinci mərhələdə münsiflər heyəti 0-10 balla əsərləri qiymətləndirir.
5.3. Müsabiqəyə qəbul edilən bütün əsərlər mükafatın rəsmi saytında (və ya layihənin əsas media dəstəkçisi olan saytda) yayımlanır.
5.4. İkinci mərhələyə münsiflərin qiymətləndirməsindən keçmiş 10 əsər müəlliflərin adı göstərilməklə onlayn səsverməyə buraxılır.
5.5. İkinci mərhələdə münsiflər heyətinə onlayn səsvermədə 10-luğa gələn səslərin ümumi cəmi qədər xal veriləcəkdir . Bu xal münsiflər heyətinin üzvləri arasında bərabər nisbətdə bölünəcək. Münsiflər heyətinin hər hansı bir üzvü balansında olan xalın 30%-ni bir iştirakçının, qalan 70%-ni isə digər 9 nəfər iştirakçının əsərlərini qiymətləndirmək üçün istifadə etməlidir.
5.6. Qiymətləndirmənin hesablanması zamanı ballar eyni olduqda bu əsərlər yenidən müzakirə edilir. Bu zaman ictimaiyyətin fikri (onlayn səsvermə nəticəsi) əsas götürülür.
5.7. Mükafatçılara Müsabiqənin loqosu əsasında xüsusi hazırlanmış"QIZIlBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsinin seçilmiş hekayələr kitabı və nəğd pul təqdim edilir.
6. Mükafatlandırma prosesi
6.2. Müsabiqəyə əsərlərin qəbulu 1 mart tarixində dayandırılır.
6.3. Münsiflər heyətinin qiymətləri əsasında hazırlanmış "Uzun siyahı” (ən çox baldan başlayaraq bütün əsərlər, müəllifləri və topladıqları ballarla birgə) 1 may tarixində elan edilir. Elə həmin gündən də ilk 10 əsər onlayn səsverməyə çıxarılır.
6.4. Müsabiqənin qalibləri hər iki ildən bir 17 iyulda (Şah İsmayılın Xətainin Doğum günündə) KİV vasitəsi ilə elan edilir elan edilir.
6.5. İlk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilir, mükafatlandırma günü ictimaiyyətə təqdim edilir.
6.6. Müsabiqəyə daxil olan hekayələrin plagiat olması aşkarlanarsa qalib elan olunsa belə ləğv edilir.
7. Mükafat fondu
7.1. Müsabiqənin əsas mükafat fondu 2000 manatdır.
7.2. İlk üç yerin qalibi mükafatlandırılır, seçilmiş hekayələr isə kitab şəklində çap edilir.
7.3. İlk onluğa düşən əsərlər kitab şəklində çap edilib, hər müəllifə 5 kitab verilir.
Müsabiqənin təşkilatçıları AYB, Hədəf Nəşrləri, ATXƏM İctimai Birliyi və sənət.az saytıdır.