adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyun 2017 16:27
24167
ƏDƏBİYYAT
A- A+

VII Şairlər günündə Məmməd Araz yad edildi

İyunun 5-i Azərbaycanın unudulmaz şairi Mikayıl Müşfiqin doğum günüdür. Bu münasibətlə bu gün Beynəlxalq Muğam Mərkəzində VII Şairlər günü qeyd edildi. Qeyd edək ki, bu günki tədbir Azərbaycan xalq şairi Məmməd Arazın xatirəsinə həsr edildi.

Adalet.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza tədbirin aparıcısı kimi gələn qonaqları salamladı. Daha sonra titrlərdə Məmməd Araz göründü. "Məni qoyma təkliyə" şeirini söyləyərək qonaqları duyğulandırdı. Xəyal Rza səhnəyə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi dəvət etdi. Anar müəllim Mikayıl Müşfiqdən, Vaqif Səmədoğludan və Məmməd Arazdan söz açdı. Məmməd Arazın böyük şair olduğunu vurğuladı. Azərbaycan dili yaşadığı müddətdə Məmməd Araz da yaşayacaq - deyə qeyd etdi.

Millət vəkili Qənirə Paşayeva səhnəyə dəvət edildi. Millət vəkili tədbirin ölkələr arasında dostluq əlaqələrinin qurulması baxımından vacibliyinə toxunub: "Şairlərin qurduğu körpülərin bünövrəsi sevgidən olur və sevgidən qurulan körpuləri heç kim dağıda bilməz". Qənirə Paşayeva xüsusi mükafata layiq görüldü. Mükafatı türk şair Məhməd Nuri Parmaksız millət vəkilinə təqdim etdi.

Daha sonra İsa Həbibəyli, Seyran Səxavət, Qəşəm Nəcəfzadə, AYB Gəncə bölməsinin sədri Xəzan Gülxanım, Nigar Həsənzadə, qiraət ustalarından Məleykə Ağaoğlu və Arzu Murad, Fəxrəddin Ziya, Faiq Balabəyli, Rusiyada yaşayan gənc Azərbaycanlı şair Yaşar Süleyman şeirlər səsləndirdilər. 

Tədbirdə fasilələrlə musiqi nömrələri də səsləndi. Xanəndələr tədbirdə ifa etdilər. 

Mikayıl Müşfiq mükafatına layiq görülənlər: Qəşəm Nəcəfzadə, Xəzan Gülxanım, Nigar Həsənzadə, Fəxrəddin Ziya, Yaşar Süleyman.

Türkiyədən gələn şairlər, qonaqlar da səhnədə öz şeirlərini səsləndirdilər. Xalq şairi Məmməd Arazı sevgi və hörmətlə yad etdilər. Türk şairlərindən, Məhməd Nuri Parmaksız, Arzu Kabukçu, Yadigar Sarı, Bilal Dilsiz, Nərmin Akka, Ərdoğan Pamuk və digər qonaqlar duyğu dolu şeirlər səsləndirdilər. Sonda Xəya Rza tədbir iştirakçılarına təşəkkür etdi. 

Məmməd Araz titrlərdə "Dünya sənin, dünya mənim, dünya heç kimin" söylədi...